Hacıqabulda tonlarla taxıl sel-suları altında qalıb

img

22-09-2009 [04:05]


Güclü yağışlar nəticəsində sel-sularının altında qalmış Hacıqabul rayonunda təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Hələlik bütün qüvvə ərazidən suyun çəkilməsinə yönəlib. Əsas məqsədlərdən biri fəlakətin ziyan vurduğu ərazilərdə infrasturukturun bərpa edilməsidir. ANS TV-nin hadisə yerinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, Nəvahi qəsəbəsində 150-dən artıq ev yararsız hala düşüb. Evlərə çox ziyan dəyməsinə səbəb, onların əksəriyyətinin çiy kərpicdən tikilməsi olub. Həyətlərdə 1 metrə yaxın su var. Adıçəkilən yaşayış sahəsində FHN-nin 10-dan artıq texnikası işləyir. Sel-suları əhalinin təsərrüfatınada ciddi ziyan vurub. Belə ki, min hektara yaxın əkin sahəsi, tonlarla taxıl su altında qalıb. Qəsəbədə palçıqlı su ilə qarışan taxıl axını meydana gəlib. Qeyd edək ki, rayona qaz və işığın verilməsi dayandırılıb. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev selin fəsadlarının aradan qaldırılması üçün bir həftədən artıq vaxt lazım olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA