Vahid Məhərrəmov: ?ismət Abbasov izinin öhdəsindən gəlmədiyindən günahkar axtarır?

img

19-09-2009 [03:55]


?Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları hər dəfə öz çıxışları ilə istehlakçıları çaş-baş salırlar. İsmət Abbasov dəfələrlə bildirib ki, taxıl keyfiyyətlidir və ölkədə taxıl bolluğu var. Ancaq reallıqda bu belə deyil. Bizim istehlak etdiyimiz çörək demək olar ki, xaricdən idxal etdiyimiz buğdadan əmələ gəlir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son zamanlar kənd təsərrüfatı naziri İsmət Abbasovun taxılla bağlı nikbin bəyanatlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, idxal etdiyimiz buğda istehlak tələbimizi tamamilə ödəyir: ?İsmət Abbasov nikbin açıqlamalar verərkən faktlara söykənib əsaslandırmalıdır. Taxıl bolluğu ilə bağlı həqiqəti ilin sonunda görəcəyik. Bundan sonra deyə bilərik ki, ölkədə bu il taxıl bolluğu olub, yoxsa yox. Nəzərinzə çatdırım ki, ölkəyə hələ də xaricdən taxıl idxal edilir. Çörək bişirmə ilə məşğul olan sahibkarlar öz taxılımıza yox, daha çox xaricdən gətirilən buğdaya üstünlük verirlər?. Kənd təsərrüfatı naziri İsmət Abbasovun çörəyin qiymətinin endiriləcəyi ilə bağlı açıqlmasına gəlincə, V.Məhərrəmov bunun qeyri-mümkün olacağını deyib. Onun sözlərinə görə, daxili bazarda istehsal olunan buğdanın satış qiyməti yüksək olaraq qalır: ?Dünya bazarında buğdanın 1 kq-mı 10 qəpiyə başa gəlirsə, bizdə Taxıl Fondu buğdanın hər kq-nı 30 qəpikdən qəbul edir. Bəs, belə olan halda, çörəyin qiyməti necə aşağı düşə bilər? Əgər çörəyin qiyməti aşağı düşsə də, çəkidə və keyfiyyətdə problemlər olacaq. Görünür, İsmət Abbasov növbəti dəfə öz işinin öhdəsindən gəlmədiyi üçün günahkar axtarır. Günahkarlar da çörək bişirmə ilə məşğul olan sahibkarların olduğunu bildirirlər. Çörəyin qiyməti o vaxt aşağı düşə bilər ki, dəyirmanlar taxılı və ya buğdanı ucuz alsınlar. Təbii ki, sahibkarlar ucuz taxıl alacağı təqdirdə çörəyin qiymətində endirimlər edəcəklər. Sadəcə məmurların çıxışları populist çıxışlardır. Əslində bu sahədə çox ciddi problemlər mövcuddur. Bizdə məhsuldarlıq, keyfiyyət aşağı, qiymətlər isə yüksəkdir. Biz hətta daxili bazarı təmin edə bilcək qədər keyfiyyətli buğda istehsal edə bilmirik. Əslində taxılın hansı sahələrdə əkilməsi üçün qərarlar qəbul edilməlidir. Bizdə isə tapşırıq verilir ki, bütün sahələrdə taxıl əkilsin. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Növbəli əkin sistemi ilə keyfiyyətli və yüksək məhsuldarlıq götürmək olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA