DSMF sədri Səlim Müslümov neftçi-pensiyaçılarla görüzüb

img

18-09-2009 [02:51]


Bu gün 20 sentyabr ?Neftçilər günü? münasibətlə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) neft sahəsinin veteranları olan neftçi-pensiyaçılarla bayram görüşü keçirilib. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat Fondun İctimaiyyətlə əlaqələr sektorundan daxil olub. Görüşdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, neftçilərə göstərilən dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır və bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 5 il tez pensiyaya çıxmaq hüququ qazanırlar: ?Bundan başqa, neftçilərin orta aylıq pensiya məbləği də digər sahələrdə çalışan vətəndaşların pensiya məbləğindən yüksəkdir və hazırda bu məbləğ 309 manatdır. Neft sənayesində çalışmış pensiyaçılar hazırda 25 min nəfərə yaxındır?. DSMF sədri bildirib ki, bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. Şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə ən böyük çəkiyə malikdir: ?Neft sahəsində çalışan 58,6 sığortaolunan DSMF-nin fərdi uçot sistemində qeydiyyatdadır. Bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə həmin şəxslər üzrə ümumilikdə 69, 3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib?. Daha sonra görüşdə çıxış edən neftçi-pensiyaçılar sığorta prinsiplərinə əsaslanan yeni sistemin pensiyaların artımına gətirib çıxardığını xüsusi qeyd ediblər. Pensiyaçılar DSMF-nin yerli şöbələrinin istifadəyə verilən yeni binalarında pensiyaçılar üçün yaradılmış şəraitə görə də Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA