Satızda saxta qızılların dövriyyəsi çoxalır

img

18-09-2009 [02:23]


?Dünya bazarında qızılın qiymətində artımlar müşahidə edilməkdədir. Belə ki, dünən qızılın 1 qramının qiymətində 2,8 dollar artım müşahidə edilib. Qızılın qiymətinin artması Hindistan və bir sıra ölkələrdə qızıla olan təlabatın yüksəlməsi ilə əlaqələndirilir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. V.Bayramov bildirib ki, qızılın qiymətinin artmasının digər səbəbləri də var: ?Artıq investorlar öz pullarını necə saxlamaqla bağlı kifayət qədər tərəddütlər edirlər. Nəzərinizə çatdırım ki, dolların qiyməti avroya nisbətən kəskin olaraq aşağı düşüb. Baxmayaraq ki, əvvəllər investorlar öz valyutalarını dollarla saxlamağa üstünlük verirdilər. Ancaq son günlər dolların məzənnəsinin aşağı düşməsi, onları əvvəlki fikrlərindən daşınmağa məcbur edib. Ona görə də dünyada dollarla yığım 40 faizə qədər aşağı düşüb. Qeyd edim ki, üç il bundan əvvəl bu rəqəm 58 faiz idi. Bundan əlavə, BMT-nin alternativ valyutalardan istifadə edilməsi ilə bağlı açıqlaması da dolların dünya bazarındakı mövqeyinə çox ciddi zərbə vurub. Neftin qiyməti stabilləşir. Amma neftin qiyməti stabilləşsə də belə, dolğun qiymət vermək mümkün deyil. Bundan da yüksək gəlir əldə etmək mümkünsüzdür?. İqtisadçı-ekspertin fikrincə, investorlar indiki halda yığımlara qızılla üstünlük verirlər: ?Onlar avro ilə yığımlara da tərəddüt edirlər. Çünki avro kifayət qədər elastik valyutadır. Hətta Avropa Birliyi ölkələrində hər hansı bir dəyişiklik, ora üzv olan ölkələrin birində konstitusiyanın təsdiq edilməməsi avronun məzənnəsinə çox ciddi təsir göstərə bilər. Avro bir ölkənin deyil, Avropa Birliyinin valyutası olduğundan, avro ilə yığımlar böyük riskə malikdir. Ona görə də investorlar indiki halda yığımlara qızılla üstünlük verirlər. Bu da dünya bazarında qızılın qiymətinin artmasına gətirib çıxarır?. V.Bayramov onu da bildirib ki, qızılın qiymətindəki artımlar sentyabr da daxil olmaqla, oktyabrın sonuna kimi davam edəcək: ?Çünki hələlik qlobal maliyyə böhranı ilə bağlı birmənalı fikir demək qeyri-mümkündür. Bəzi ekspertlər isə qlobal maliyyə böhranının sonu olduğunu deyirlər. Amma gərginlik bundan sonra başlana bilər. Çünki artıq Rusiyanın prezidenti yaxın iki ildə böhranın daha da dərinləşəcəyi ilə bağlı açıqlama verib. Bu səbəbdən də investorlar belə qeyri-müəyyənliyə görə, öz valyutalarını qızılla saxlamağa üstünlük verəcəklər. Problem təkcə qızılın qiymətinin artması ilə bağlı olmayacaq. Problem dövriyyədə saxta qızılın həcminin artması ilə də bağlı ola bilər. Çünki müşahidələr göstərir ki, dünyada qızılın qiyməti artdıqca, saxta qızılların da həcmi dövriyyədə çoxalır. Ona görə də bu məsələdə bir balaca ehtiyatlı olmalıyıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA