Ən çox yeni tikili Yasamal rayonu ərazisində aparılır

img

18-09-2009 [01:24]


2009-cu ilin avqust ayının sonuna Bakı şəhəri üzrə ?ƏBİ? İB tərəfindən qeydə alınmış, tikintisi davam etdirilən yeni tikilililərin sayı 476 ədəd (keçən ay 488) olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ay ərzində Binəqədi rayonunda 1 binada hökumət tərəfindən söküntü aparıldığı üçün (Sökülən digər binada satış 2006-cı ildə tamamlandığına görə monitorinq qrupunun siyahısından çıxarılıb) həmin bina yeni tikililər siyasından çıxarılıb. Bundan başqa Nizami rayonunda 2 binada tikinti yarımçıq qaldığı üçün müvəqqəti olaraq monitorinq qrupunun siyahısından kənarlaşdırılıb. Nərimanov rayonunda 5, Nizami, Yasamal, Binəqədi və Nəsimi rayonlarının hər birində isə 1 bina ay ərzində satış tamamlandığına görə siyahıdan çıxarılıb. Beləliklə ay ərzində ümumi tikinti portfelində rayonların payı aşağıdakı şəkildə olub. Yuxarıda qeyd edilən 476 binanın inşası 172 tikinti təşkilatı tərəfindən aparılır. Əvvəlki ay 488 binanın tikintisi 177 tikinti şirkəti tərəfindən həyata keçirilirdi. Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi, Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 64,9% təşkil edir. Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti avqust ayı ərzində 0,4% artaraq 944 $/kv.metrdən 948 $/kv.metrə qalxıb. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 1,7 bənd artaraq 360,0 bəndində qərarlaşıb. Qiymət artımı qiyməti nisbətən ucuz olan binalarda qeydə alınıb. Qiymət artımının əsas səbəbi kimi isə monitorinq qrupunun siyahısına daxil olan binaların əksəriyyətində tikinti işlərinin başa çatmasıdır. Bundan başqa nisbi artıma mövsümi amillərin də müəyyən təsirləri var. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı nəticədən (0,1%) azalaraq 121,8 kv.m-ə enib. Orta blok göstəricisi ötən ayla müqayisədə artaraq (4,3%) 2,4 blok, orta mərtəbə göstəricisi isə ötən ayla müqayisədə azalaraq (0,6%) 14,9 mərtəbə təşkil edib. Avqustda qiymət artımı Yasamal rayonu üzrə 2,6%, Nərimanov rayonu üzrə 1,8%, Nizami rayonu üzrə isə 1,0% olub. Azalma isə Səbail rayonunda 7,0%, Suraxanı rayonu üzrə 6,6%, Binəqədi rayonü üzrə 2,8%, Nəsimi rayonü üzrə 0,1% qeydə alınmışdır. Qalan rayonlarda isə qiymətlər stabil qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA