NABUKKO uğrunda mübarizə qızızır

img

17-09-2009 [04:26]


?NABUKKO-nun əsasını onun kommersiyası təşkil edir. Reallıq odur ki, orada iştirak edən tərəflər ? istər nəqledici, istərsə də alıcı oradakı xeyrini görsün. Belə bir şərait yaranarsa, artıq onun qarşısını nə Rusiya, nə də başqa bir qüvvə ala bilməyəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban son zamanlar Rusiyanın NABUKKO layihəsinə mane olacağı ilə bağlı bəyanatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ancaq bu günə kimi adıçəkilən layihə hələ bişmiş layihə hesab edilmir: ?NABUKKO layihəsində tərəflər öz xeyirlərini real olaraq yaxın prespektivdə görmürlər?. İranın ölkəmizdəki səfiri Məhəmməd Bağır Bəhraminin ?İranın iştirakı olmadan NABUKKO layihəsi həyata keçməyəcək?,- bəyanatına gəlincə, iqdisadçı buna təzyiq kimi baxmağın düzgün olmadığını deyib: ?Əgər İranın 200 milyardlıq boru kəmərləri sistemi və yaxın 20 ildən sonra dünya bazarına çatdırılma mexanizmləri olarsa, bu, real ola bilər. İranı dünyanı ikinci qaz ehtiyatı olan ölkə kimi qəbul etsək və İranla Avropa arasında ən optimal quru yolu NABUKKO layihəsinə qəbul edilsə, ondan real mənbə olmayacaq. Ancaq neyləyək ki, bu gün Qərblə İran arasında istər siyasi, istərsə də hərbi məsələlərlə bağlı bir sıra fikir ayrılığı var. Avropanın bu məsələdə bir çox variantları mövcuddur. Bu variantlar arasında İraq, Misir və ya Türkmənistan da ola bilər. Ona görə də İranın indidən arxayınlıqla bəyanatlar səsləndirməsi düzgün deyil?. İqtisadçı-ekspert onu da bildirib ki, qaz məsələsində bütün dövlətlər öz maraqlarını güdür və bunu da təbii qəbul etmək lazımdır: ?Rusiya 1968-ci ildən Mərkəzi Avropanı qazla təmin edir. Rəsmi Moskva Avropaya qaz ixracında öz mövqelərini möhkəmlətmək siyasətini yürüdür. Bunu da normal qarşılamaq lazımdır. Nəzərinizə çatdırım ki, NABUKKO-nun reallaşmamasından qabaq bir çox söhbətlərin ortaya çıxmasından bir daha aydın olur ki, marşurtlar, biznes və siyasət uğrunda mübarizə davam edir. Hesab edirəm ki, Azərbaycan ?Şahdəniz? qaz yatağı açılandan bu mübarizənin içərisindədir və çox sevindiricidir ki, hələ bu mübarizədən geri çəkilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA