Tütün məmulatlarına tarif kvotaları tətbiq ediləcək

img

16-09-2009 [07:21]


Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası çərçivəsində parlamentin Aqrar siyasət komitəsinin bu gün keçirilən ilk iclasında dörd məsələ (iki qanun layihəsi) müzakirə olunub. İlk iki məsələ - adıçəkilən komitənin 2009-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər və qarşıdan gələn payız sessiyasında qanunvericilik işləri planı haqqında məlumat verən MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, hesabat dövründə komitənin iki iclası keçirilib və bu iclaslarda üç məsələ, o cümlədən bir qanun layihəsi müzakirə edilib. Komitə sədrinin qeyd etdiyinə görə, onların yaxından iştirakı ilə hazırlanan ?Arıçılıq haqqında? qanun layihəsi 3 oxunuşun müzakirəsindən keçirilərək bu ilin fevralın 2-də qəbul edilib. Eyni zamanda, ?Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında? qanun layihəsi birinci oxunuşun müzakirəsindən keçib və artıq ikinci oxunuşun müzakirəsinə hazırdır: ?Biz ötən müddət ərzində bu qanun layihəsi üzərində işlərimizi davam etdirmişik. Xüsusilə də bu məsələ ilə əlaqəli olan mütəxəssislər bu sənəd üzərində çox ciddi çalışıblar. Qeyd edim ki, bu sənədlə bağlı çoxlu təkliflər var və onlar çox güman ki, Prezident Administrasiyasının aidiyyəti şöbələri ilə bir daha razılaşdırıldıqdan sonra parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə çıxarılacaq?. E.İbrahimovun bildirdiyinə görə, hesabat dövründə komitə beynəlxalq təşkilatlar və xarici ölkə parlamentləri ilə də sıx əlaqə saxlayıb. Ümumilikdə komitə sədri kimi, o, dörd dəfə xaricə səfər edib. Bununla yanaşı, hesabat dövründə komitəyə vətəndaşlardan 19 ərizə, şikayət və müraciət daxil olub ki, onlardan da 16 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 3 ərizə isə təkrar daxil olduğu üçün işə alınıb: ?Bu ərizələrdən 11-i torpaq məsələləri, 5-i müharibə veteranlarına status verilməsi, o cümlədən məktəblərdə olan acınacaqlı vəziyyət, işçilərə əmək haqqının verilməməsi və əfv olunmaq ilə bağlı problemlərlə əlaqədardır. O cümlədən hesabat dövrü ərzində 47 şikayətçi bilavasitə mənim tərəfimdən parlamentdə qəbul edilib?. E.İbrahimov eyni zamanda bildirib ki, sözügedən komitənin payız sessiyası üçün qanunvericilik planında daha bir qanun layihəsi ? ?Pambıqçılıq haqqında? qanunvericilik aktı var: ?Hazırda bu qanun üzərində də ciddi işlər gedir. Əgər imkan olsa, onu da payız sessiyasının müzakirəsinə çıxarmağa çalışacağıq?. E.İbrahimovun məlumatı dinlənildikdən sonra onun hesabatı və komitənin 2009-cu il payız sessiyası üçün qanunvericilik işləri planı nəzərə alınaraq təsdiq olunub. Sonra gündəliyə salınan iki qanun layihəsi barədə ? ?İnzibati Xətalar Məcəlləsinə, ?Fitosanitar nəzarəti haqqında? qanuna və ?Atçılıq haqqında? qanuna dəyişikliklər və əlavə edilməsi barədə? və ?Tütün və tütün məmulatları haqqında? qanuna dəyişiklik edilməsi barədə? - məlumat verən sözügedən komitənin eksperti Zahid Abbasov qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsindən ?və ya uçot vahidlərinin dövlət reyestrinin aparılması? sözlərinin çıxarılması, ?Fitosanitar nəzarəti haqqında? qanunun 10.0.6-cı maddəsində ?şəxsləri uçota götürmək? sözlərinin ?şəxslərin müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən uçotunu aparmaq? sözləri ilə əvəz edilməsi təklif olunur. Həmçinin ?Atçılıq haqqında? qanunun 10.1-ci maddəsində ?tərəfindən? sözündən sonra ?müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən? sözlərinin əlavə olunması təklif edilir. Daha sonra ikinci qanun layihəsi barədə məlumat verən Z.Abbasov deyib ki, ?Tütün və tütün məmulatları haqqında? qanunun 4.0.6-cı maddəsində ?tütün məmulatını kvotalaşdırmaq? sözlərinin ?tütün məmulatına tarif kvotalarını müəyyən etmək? sözləri ilə əvəz edilməsi təkli olunur: ?Bildiyiniz kimi, indiyə qədər miqdarla bağlı kvotalaşdırma aparılırdı. İndi isə təklif olunur ki, tariflə də bağlı kvotalaşdırma nəzərdə tutulsun?. Qıza müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə tövsiyə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA