Mineral Ehtiyatların Hasilatı ilə Məzğul olan Sənaye Sahələrində Şəffaflıq Təzəbbüsü üzrə Komissiyanın iclası keçirilib

img

16-09-2009 [01:33]


2009-cu il sentyabrın 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, komissiyanın sədri, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqinə dair bir sıra məsələlərlə bağlı Komissiya üzvlərinə məlumat verib. İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun formalaşdırılması və fəaliyyəti haqqında Razılaşma sənədi müzakirə edilmiş və sənədin imzalanmasının mümkünlüyü qeyd edilib. Ş.Mövsümov 14-15 oktyabr 2009-cu il tarixlərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclasının Bakıda keçiriləcəyinə dair iclas iştirakçılarına məlumat verib və bu tədbir ərəfəsində keçiriləcək dəyirmi masada MHŞT üzrə Komissiyanın üzvlərini fəal iştirak etməyə dəvət edib. İclasda Azərbaycanda fəaliyyət göstərən yeni mədən hasilatı şirkətlərinin MHŞT prosesinə cəlb edilməsinə dair qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA