Neftçilərin hüquqları pozulmaqda davam edir

img

15-09-2009 [05:24]


?Bu gün ölkəmizdə Neftçilər günü qeyd edilsə də, hökumət neftçilərin hüquqlarını açıq-aşkar pozur. 2006-cı ildə neftçilərin hüquqları ilə bağlı qəbul edilmiş əsasnamədə bir neçə güzəştlərin nəzərdə tutulmasına baxmayaraq, bu güzəştlər hökumət tərəfindən əsasnamədən çıxarıldı. Neftçilər işdən qəddarlıqla kənarlaşdırılır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, indiki şəraitdə neftçilərin əmək haqları artırılmalıdır: ?Sovet dövründə neftçilərə verilən qiymət indi verilmir. Halbuki, neft Azərbaycanın birnömrəli biznesidir?. Hüquq müdafiəçisi bildirib ki, Prezident Neftçilər günü münasibətilə neft sənayesində əməyi olan bir çox vətəndaşlara orden və medallar versə də, burada da ədalətsizlik edilib: ?Həmin siyahıya nəzər yetirəndə görürük ki, adları olan şəxslərin bu sahədə o qədər əməyi yoxdur. Onlar kiminsə adamıdır deyə mükafatlandırılıblar. Bundan əlavə, mükafatlandırılanlar arasında qadınlar azlıq təşkil edib. Yenə də gender balansı pozulub. Neftçilərə yemək, içmək, musiqi, tədbir keçirmək əvəzinə onların əməkhaqları artırılmalıdır. Bu gün həm də yaşlı neftçilərin zəhmətləri qiymətləndirilmir?. Hüquq müdafiəçisi onu da bildirib ki, hələlik hökumət neftçilərin əmək haqlarının qaldırması barədə düşünmür: ?Əksinə, hökumət dünyada davam etməkdə olan böhranı bəhanə gətirərək neftçilərin əməkhaqlarını azaldır. İşçilərə əmək müqaviləsinin sürəti verilmədiyi üçün onlar öz hüquqlarını müdafiə edə bilmirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA