Ramiz Həsənov ümumdünya Əqli Mülkiyyət Təzkilatının assambleyasında iztirak edəcək

img

15-09-2009 [12:33]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) assambleyasında iştirak edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə SMPDK-nin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata gbrə, cari ilin sentyabr ayının 22-dən oktyabr ayının 1-dək İsveçrənin Cenevrə şəhərində ÜƏMT-nın assambleyası keçiriləcəkdir. Tədbirdə Azərbaycanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Tədbir çərçivəsində Komitə sədrinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşü nəzərdə tutulub. Görüşdə patent sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi məsələləri, tədris mərkəzinin yaradılması, məlumat axtarışı sisteminin avtomatlasdırılması prosesinin sona catdırılması, baş direktorun yaxın zamanlarda Azərbaycana mümkün səfəri barədə muzakirələr aparılacaq. Assambleya çərçivəsində dünyada bas verən qlobal hadisələr və bu hadisələrin tənzimlənməsində əqli mülkiyyətin rolu mövzusunda rəhbər şəxslərin konfransı da olacaq. Bununla yanaşı Mərkəzi Avropa və türkdilli dövlətlərin patent qurumlarının rəhbərləri ilə göruslər keçiriləcək və bu sahədə ölkələrarası əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA