Parabank ASC kredit məsləhətçiləri üçün təlim keçirir

img

14-09-2009 [04:51]


Parabank ASC kredit məsləhətçiləri üçün ?Direct Marketing və onun tədbiqi zamanıbankı təqdim etmə qaydaları mövzusunda? təlim təşkil edib. Bu təlimkursununməqsədi iştirakçılara ?Uğur kredosu və cəlb etmənin metodları?, ?Mərkəzi Bankın son statistik göstəriciləri və uçot faiz dərəcəsi? (kreditlərə təsir gücündən), ?Direct marketing və onun növləri?, ?Time Managment?, ?Lead Generation? (müştəridə bu və ya digər məhsula maraq yaratmaq), ?seqmentasiya?, ?marketing dəyişkənlərinin rolu və direct marketinqin buna təsiri?, veriləcək kredit məhsullarının Likvidliyinin təmin olunması (müvafiq düsturlar vasitəsi ilə), fərdi ünsiyyət qaydaları, kreditin verilməsində 6C metodunun tətbiqi və d. haqqında məlumat verməkdir. Müvafiq tapşırıqların və müzakirələrin vasitəsilə iştirakçılar öyrəndiklərini real vəziyyətlərdə tətbiq etmək bacarığına yiyələnəcəklər. Tədbirdə təqribən 50 kredit məsləhətçisi iştirak edirdi. Parabankın təşkil etdiyi bu növ təlimlər uzunmüddətli olmaq etibarilə yalnız kredit mütəxəssisləri üçün deyil, bankın digər işçiləri üçün də nəzərdə tutulub. Qeyd edək ki, Parabank-ın strategiyasına uyğun olaraq gələcəkdə də bank işçiləri üçün bu növ tədbirlərin keçirilməsini davam etdirəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA