Kənd Təsərrüfatı Nazirliyi keyfiyyətsiz taxıl istehsalında ittiham olunur

img

09-09-2009 [05:28]


?Kənd təsərrüfatı naziri İsmət Abbasov özünün şəxsi maraqlarını güdür. Bunun nəticəsidir ki, bu gün Taxıl Fonduna verilən buğdanın çoxu keyfiyyətsizdir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinin əməkdaşı ilə söhbətində iqtisadçı-alim Cümşüd Nuriyev ekspertlərin 2 milyon tona yaxın taxılın məhv ola biləcəyi ilə bağlı iddialarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, mövcud problemin yaranmasına səbəb kənd təsərrüfatı naziri İsmət Abbasovun qeyri-peşəkar olmasıdır: ?İsmət Abbasov mətbuata açıqlamasında dəfələrlə bildirib ki, Azərbaycanın xaricdən taxıl idxal etməsinə ehtiyac yoxdur. O, dənli bitkilərlə ümumi taxılı ayırd edə bilmir. Bu il ölkədə yığılan dənli bitkilərin ümumi çəkisi 2 milyon tondan çoxdur. Amma bu məhsulun neçə tonunun yemək üçün yararlı olduğu gizlədilir. Bizdə əsasən taxılın qaraqılçıq növü əkilir ki, onun yüksək bar vermək qabiliyyəti yoxdur. İri toxumçuluq təsərrüfatlarının ərazisində yetişdirlən yeni taxıl sortları rayonlar araçında bölüşdürülmür. Belə toxumlar baha başa gəldiyi üçün fermerlər onu almaqdan vaz keçirlər. Onlar daha ucuz taxıl alıb əkirlər. Hesab edirəm ki, dövlət bu məsələdə fermerlərə yardımçı olmalı və bu məsələyə nəzarət mexanizmini formalaşdırmalıdır. Azərbaycanda yalnız bir neçə rayonda yetişdirilən taxılın yüksək keyfiyyəti var. Cəlilabad, Bərdə, Şəkidə istehsal olunan taxılın yapışqanlıq qabiliyyəti normal səviyyədədir. Qalan taxılın əksəriyyəti çörəkçilik üçün yaramır. Belə ki, bu taxıldan hazırlanan çörək məhsullarında bir-iki gündən sonra kif göbələyi yaranır. Bundan əlavə, həmin məhsul makaron sənayesində istifadə üçün də yaramır. Ona görə də Dövlət Taxıl Fondu ancaq saxlanma qabiliyyətinə malik olan, taxılları qəbul edir. Hökumət taxılçılıqla məşğul olan hər hektar üçün 40 manat subsidiya verib. O pullar mənimsənildiyi üçün ortada istədiyimiz keyfiyyətli taxıl yoxdur?. İqtisadçı-alim onu da bildirib ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin 60 faizə yaxınlaşıb: ?Halbuki, dövlət o vaxt təhlükəsiz sayılır ki, onun ərzaq təhlükəsizliyi 75 faiz təşkil etsin. ?2008-2015-ci ilə qədər ərzaq təhlükəsizliyi haqqında? proqram qəbul edilib. Proqrama əsasən tədricən xaricdən taxıl idxal edilməsin tendensiyasının azaldılması götürülüb. Bu o deməkdir ki, Azərbaycan yaxın illərdə xaricdən taxıl almaya bilər. Çünki 2004-cı ildə xaricdən 1 milyon ton taxıl edilirsə, indi isə 300 minə düşüb. Əgər 5 ildə Azərbaycan bunu üç dəfə azaldıbsa, yaxın 5 ildə tamamilə aradan qaldırmaq ehtimalı var?. C.Nuriyevin fikrincə, hökumət keyfiyyətcə yarasız olan taxılı quşçuluqda istifadə edə bilər: ?Həmin keyfiyyətsiz taxılı çölə tökməkdənsə, bunu quş yemi kimi kompleks şəkildə dünya bazarına bir marka çıxarsınlar. Çünki dünya ölkələrinin əksəriyyətinin buna tələbatı var. Qonşu ölkələrdən Gürcüstanı, Rusiyanı və s. ölkələri misal göstərmək olar. Bundan əlavə, fermerlər də rahat olarlar ki, onların məhsulu yarasız olduqda çölə tökülməsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA