DSMF fərdi məlumatlarının izlənməsi üçün hesabatların qəbulu prosesinə bazlayıb

img

09-09-2009 [04:40]


?Dövlət Sosial Müdafiə Fondu artıq sığortaolunanlar barədə fərdi məlumatlarının işlənməsi üçün hesabatların qəbulu prosesinə başlayır. Bu isə o deməkdir ki, müəssisələr əvvəl ödənən sosial sığortğa haqları barədə ümumi məbləğlə bağlı maliyyə hesabatı verirdilərsə, hazırda hər bir işçi üzrə ödənən sosial sığorta haqları barədə məlumatlar təqdim ediləcək?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev bildirib. E.Mehdiyevin sözlərinə görə, əsas məqsəd bu prosesə bütün sığorta edən və sığortaolunanları cəlb etməkdir: ?Sığorta pensiya sistemində həyata keçirilən islahatların mahiyyəti bundan ibarətdir ki, hər bir vətəndaşa fərdi hesab açılsın və ödənən sosial sığorta haqqı həmin hesablarda toplanılsın. Vətəndaşın gələcək pensiya təminatı isə həmin hesablardakı məlumatlara əsasən yerinə yetirilsin. Həyata keçirilən fərdi hesabatların qəbulu prosesi də bu tədbirin praktiki başlanğıc mərhələsidir. Ötən dövr ərzində fərdi uçotun davamlı inkişafı, qanunvericilik bazasının təkmilləşdirilməsi və lazımi infrastrukturun yaradılması işi həyata keçirildi. Eyni zamanda işləyən hər bir şəxs fərdi sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Hazırda fondun qarşısında duran əsas məsələ hər bir şəxs üzrə açılan fərdi hesablara məcburi sosial sığorta haqlarının qeydiyyatını aparmaqdır. Hesabatların hər bir işləyən şəxs üzrə qəbulu həm məcburi dövlət sosial sığorta sahəsində ictimai nəzarətin təmininə imkan verəcək. Həmçinin də gələcəkdə avtomatlaşdırılmış pensiya təminatına yol açacaq. Hər bir işləyən üzrə məlumatların fərdi hesablarda işlənilməsi və sonradan vətəndaşların bu hesabın nəticələri ilə bağlı məlumatlandırılması həm işçinin işəgötürən üzərində nəzarətini təmin etməyə, həm də gələcək etibarlı pensiya təminatında aktiv iştirakına səbəb olacaq. Bunun üçün DSMF müvafiq tədbirləri həyata keçirir və müvafiq proqram hazırlayıb. İşəgötürən müəssisələr tərəfindən hesabatların təqdim olunmasını asanlaşdırmaq üçün proqram hazırlayıb və fondun saytında yerləşdirilib. Hər bir idarənin mühasibi həmin proqramı kompüterə yükləməklə bu işi həyata keçirə bilər?. DSMF rəsmisi bunun üçün pilot rayonlar seçildiyini bildirdi: ?Artıq 660 müəssisədə bu iş uğurla həyata keçirilib. Gələcəkdə bu istiqamətdə məlumatlandırma sistemi daha geniş müstəvidə qurulacaq?. E.Mehdiyev bir neçə yerdə işləyən şəxslərin ödədiyi məcburi sosial sığorta haqlarının bir hesaba toplanacağını bildirdi: ?Bu məsələ qanunvericilikdə əksini tapıb. İki və daha artıq yerlərdə çalışan şəxslərə bir fərdi hesab açılır və sosial sığorta şəhadətnaməsi verilir. Həmin vətəndaşın bütün mənbələrdən dədiyi sosial sığorta haqları həmin hesaba toplanılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA