MDB-nin vahid valyutasının tətbiqi birmənalı qarzılanmır

img

09-09-2009 [02:32]


?Rusiya tərəfdən MDB-nin vahid pul sisteminin tətbiq edilməsi ideyası iqtisadi məsələdən daha çox siyasi xarakter daşıyır. Çünki Rusiya MDB məkanında əvvəlki mövqelərini bərpa etmək istəyir. Lakin MDB məkanında vahid valyuta sisteminin dövriyyəyə buraxılması qeyri-mümkündür?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu yaxın vaxtlarda MDB məkanında vahid valyutanın dövriyyəyə buraxılacağına münasibət bildirərkən deyib. Q.İbadoğlunun sözlərinə görə, MDB məkanında vahid valyuta sistemi o vaxt ola bilər ki, bu quruma daxil olan dövlətlər arasında vahid ticarət və iqtisadi rejim formalaşsın: ?Bu gün MDB-yə üzv olan ölkələr arasında sərhəddin açıq olmasına baxmayaraq, gömrük yoxlamaları və proseduraları tətbiq olunur. Bundan əlavə, bu ölkələrdə yaşayış qiymətləri biri-birindən fərqlidir. Əgər valyutanın dövriyyəyə buraxılması reallaşarsa, bu ölkələrdə bahalaşma mütləq olacaq?. Q.İbadoğlu onu da bildirib ki, bu ideyanın reallaşması Azərbaycanın simasında bir neçə dövlətin müstəqilliyinin sarsılmasına gətirib çıxara bilər: ?Bundan əlavə, bu valyutanın tətbiqi MDB daxilində dollara və avroya heç bir təsir göstərməyəcək. Düzdür, Rusiya iqtisadiyyatı inkişaf etməkdədir. Ancaq bütövlükdə götürdükdə, onun dollar və avroya təsiri ola bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA