ilham Əliyev Heydər Əliyev Mərkəzində aparılan tikinti-qurazdırma izlərinin gedizi ilə tanız olub

img

07-09-2009 [07:24]


Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Nərimanov rayonunda tikilən Heydər Əliyev Mərkəzində olub. Prezident inşaat sahəsini gəzmiş və aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə yaxından tanış olub. Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzinin tikintisi ümumilikdə 15,25 hektar sahəni əhatə edir və artıq avtomobil dayanacağının dəmir-beton, elektrotexnika işləri tam başa çatdırılmışdır. Bildirilmişdir ki, mərkəzin əsas binasının tikintisinə 2008-ci ilin əvvəlində başlanılmışdır və burada işlər davam etdirilir. Əsas binada dəmir-beton işləri 85 faiz yerinə yetirilmişdir. Mərkəzin zirzəmi hissəsində tamamlama, elektrotexnika işləri yekunlaşmaq üzrədir. Avtomobil dayanacağını əsas bina ilə birləşdirən dördmərtəbəli keçid tuneli, əsas binaya gedən yol, kommunikasiya mərkəzi və təchizat qalereyasında dəmir-beton, elektrik işləri tam başa çatdırılmışdır. Landşaft sahəsinin avtomobil parkı üzərindəki hissəsində tikinti-abadlıq işləri başa çatmaq üzrədir. Bu hissədə 5 min kvadratmetr yaşıllıq salınmış, 2 dekorativ hovuz tikilmiş, pilləkən və piyada yollarının dəmir-beton işləri başa çatdırılmışdır. Xatırladaq ki, 2007-ci il sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir. Qeyd edək ki, aidiyyəti dövlət qurumlarının, elmi təşkilatların, yaradıcılıq birliklərinin və ittifaqların nümayəndələrindən ibarət Heydər Əliyev Mərkəzinin layihəsi üzrə beynəlxalq müsabiqə komissiyası tərəfindən birinci yerə layiq görülmüş ?Zaha Hadid Architects? və ?İnnova Konstrakşn and Konstraktinq? şirkətlərinin təşkil etdikləri konsorsiumun təqdim etdiyi layihə əsasında tikinti işlərini ?DİA Holdinq FZCO? şirkəti həyata keçirir. Layihəyə əsasən Heydər Əliyev Mərkəzi üç başlıca tərkib hissədən və iki yardımçı strukturdan ibarət olacaqdır. Belə ki, mərkəzin başlıca tərkib hissəsi nadir əsərlərdən ibarət və ümumdünya məlumat vasitələrinə ?onlayn? rejimdə daxil olma imkanlarına malik kitabxana və media mərkəzindən, 1284 nəfər tamaşaçı tutumu olan konfrans zalından, milli və dünya təsviri sənət incilərini nümayiş etdirən sərgi-salonlar və ölkəmizin tarixi və mədəni irsindən bəhs edən multimedia və virtual sərgilərdən ibarət muzey və mədəni irs mərkəzindən ibarət olacaqdır. Yardımçı struktura isə mərkəzin iki girişi önündə yerləşən ümumi ictimai sahə - foye, günün bütün saatlarında fəaliyyət göstərəcək avtomobil dayanacaq-parkı və infrastruktur obyektlər daxil olacaqdır. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin adını daşıyan memarlıq abidəsi kimi ucaldılacaq mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında böyük rol oynamaqla, beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verəcəkdir. Dövlət başçısı tikintinin davam etdirilməsi və başa çatdırılması ilə əlaqədar göstəriş və tapşırıqlarını verib. AzərTAc

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA