iqtisadçı Vüqar Bayramov Ermənistanın keçmiz prezidenti Robert Koçeryanla debatda olacaq

img

07-09-2009 [02:50]


Polşanın Krinisa şəhərində sentyabrın 8-dən 12-dək keçiriləcək Krinisa İqtisadi Forumunda Cənubi Qafqazla bağlı təşkil ediləcək paneldə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla Azərbaycanlı ekspert Vüqar Bayramovun debatı təşkil ediləcək. Debatın təşkil edildiyi paneldə həmçinin Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Peter Semnebi, Gürcüstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Akaki Minaşvili, Rusiya Dumasının komitə sədri Adalbi Şxaqoşev, ABŞ-ın Karneqi Mərkəzinin eksperti Matra Olkott da iştirak edəcəklər. Bu haqda forumun təşkilatçısı olan Avropa Elmləri İnstitutuna istinadən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ictimaiyyələ əlaqələr şöbəsi məlumat yayıb. V.Bayramov bildirmişdir ki, iqtisadi forum iştirakçıların sayına görə Avropanın ən böyük tədbirlərindən biri hesab edilir: ?İldə bir dəfə keçirilən bu tədbirə 2 minə yaxın nümayəndə qatılır. İştirakçılar içərsində bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları da var?. Təşkilatçılar tərəfindən ekspert kimi hər il sözügedən tədbirə dəvət alaraq regional geoekonomik məsələlərin müzakirəsində iştirak etdiyini bildirən V. Bayramov deyib ki, ?bu il təşkilatçıların xahişinə əsasən 3 paneldə spiker kimi çıxış edəcək. Bu panellərdən biri enerji məsələlərinə, digəri Şərqi Tərəfdaşlıq Proqramına həsr edilsə də digəri daha çox geopolitik məsələlər həsr edilib. Məhz sözügedən paneldə Ermənistanın keçmiş prezidenti ilə debat təşkil edləcək. Həmin paneldə daha çox Qafqazdakı proseslər ABŞ, Rusiya və Avropa Birliyinin təsirləri aspektindən təhlil ediləcək. Bu baxımdan güman edilir ki, regional inteqrasiya, enerji təhlükəsizliyi məsələləri əsas müzakirə mövzularından olacaq?. İSİM rəhbəri bildirib ki, tədbirdə iqtisadçı kimi iştirak etsə də regional bağlı bütün məsələlərə o cümlədən geopolitik mövzulara da münasibət bildirəcək: ?Ermənistanın regional layihələrdən kənarda qalması heç də onun sıxışdırılması kimi deyil sadəcə sözügedən dövlətin işğalçı siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir?. V. Bayramov bildirib ki, İqtisadi Forumda o həmçinin ?Avropa Birliyinin neft və mavi qazla təminatının gələcəyi: Cənubi Qafqazın Rolu? mövzulu paneldə də ekspert kimi çıxış edəcək. Həmin paneldə mühazirəçi kimi Parlamentin vitse-spikeri Valeh Ələskərov də dəvət edilib. Bununla yanaşı azərbaycanlı iqtisadçı ?Şərqi Tərəfdaşlıq Proqramı: Pribaltikadan Qafqazadək? adlı panelə spikerlik edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA