Azercell Telecom "Super BizdənBizə" tarif paketindəki güzəztləri ləğv edir

img

05-09-2009 [09:39]


"Azercell Telecom" MMC "Super BizdənBizə" tarif paketində dəyişikliklər edib. Şirkətin məlumatına görə, sentyabrın 22-dən etibarən "Super BizdənBizə" tarif paketindən istifadə edən SimiSim və Azercell fakturalı xətt abunəçiləri şəbəkə daxilində əvvəlki mimi 4 saniyə 1 kontura deyil, ancaq 2 saniyə 1 kontra danışa biləcəklər. Qeyd edək ki, "Super BizdənBizə" tarif paketində SimSim abunəçilərinə şəbəkədaxili zənglər 4 saniyə 1 kontur, digər operatorlara zənglər isə 1 saniyə 2 kontura başa gəlir. Fakturalı xətt abunəçiləri "Super BizdənBizə" tarif paketi çərçivəsində dəqiqəyə 0,05 manat tariflə, respublikadaxili digər operatorlarla isə dəqiqəyə 0,30 manat tariflə danışa bilərlər. Sentyabrın 22-dən etibarən cari faktura dövrü ərzində 0,9 manat dəyərində zəng edən fakturalı xətt abunəçilərindən əlavə olaraq bir manat götürüləcək. Göründüyü kimi yenə də "Azercell Telecom" sona kimi sözünün üstə durmadı. Şirkətin bu qərarı isə abonentlərinə qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA