Baz nazir Artur Rasizadə aeroport yolunun bir hissəsini dövlət tərəfindən alınması ilə bağlı qərar imzalayıb

img

04-09-2009 [06:46]


Baş nazir Artur Rasizadə ?Heydər Əliyev Hava Limanı Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət üçün yenidən qurulması layihəsinin həyata keçirilməsi ilə əlaqədar avtomobil yolunun tikintisi altına düşən torpaq sahələrinin və həmin torpaq sahələrində yerləşən digər daşınmaz əmlakın (binalar, evlər, tikililər, qurğular və s.) dövlət ehtiyacları üçün alınması haqqında? qərar imzalayıb. Qərara əsasən, Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət üçün yenidən qurulması layihəsinin həyata keçirilməsi ilə əlaqədar avtomobil yolunun bu qərara əlavə edilmiş kadastrdan çıxarışa uyğun tikintisi altına düşən torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq. Torpaq sahəsinin dövlətin adından dövlət ehtiyacları üçün alınması Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək. Sənədlə bu qərarın 1-ci bəndində qeyd olunan avtomobil yolunun tikintisi altına düşən torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən digər daşınmaz əmlakın (binaların, evlərin, tikililərin, qurğuların və s.) satınalma qiymətini Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş ?Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası?na uyğun olaraq müəyyən etmək Nəqliyyat Nazirliyinə tapşırılıb. Maliyyə Nazirliyinə isə tapşırılıb ki, nəzərdə tutulan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən digər daşınmaz əmlakın (binaların, evlərin, tikililərin, qurğuların və s.) alınmasının maliyyələşdirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 2 fevral tarixli 22s nömrəli sərəncamının əlavəsi ilə Nəqliyyat Nazirliyinə Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət üçün yenidən qurulması məqsədi ilə nəzərdə tutulmuş vəsait hesabına təmin etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA