Sığortaolunanların sayı 95 387 nəfər artıb

img

04-09-2009 [02:52]


Respublikamızda məcburi sosial sığortaya cəlb olunanların sayı ilin əvvəli ilə müqayisədə 95 387 nəfər artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1.586 738 nəfərə çatıb. Onlardan 866 480 nəfəri kişi, 720 258 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan sığortaolunanların sayı 441 560 nəfərdir. Bundan başqa, 30 yaşa kimi sığortaolunan vətəndaşların sayı 376 257 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 354 580 nəfərdir. Sığortaolunanlardan 294 833 nəfər 50-60 yaşa kimi, 119.503 nəfər isə 60 yaşdan yuxarı olanlardır. Qeyd edək ki, həyata keçirilən maarifləndirmə işləri və digər tədbirlər nəticəsində fərdi şəxsi hesabı olan vətəndaşların sayında nəzərəçarpan artım müşahidə olunur. Fərdi uçot qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA