Mərkəzi Bankın idarə Heyətinin sədri Elman Rüstəmov açıqlama verdi

img

03-09-2009 [08:28]


2009-cu ilin 2-ci rübündən başlayaraq Azərbaycan iqtisadiyyatında pozitiv meyllər güclənib. İqtisadi artımın əsas mənbəyi olan məcmu tələb yenidən artıb. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun fikrincə , bu gün bank sektorunda müflisləşmə halları yoxdur , sektor öz yüksək mənfəətliliyini və investisiya cəlbediciliyini qoruyub saxlayır : ?Ötən səkkiz ayda bank sektoru xaricdən 400 milyon dollara yaxın vəsait cəlb edib. İlin əvvəlindən əhalinin əmanətləri 5 faiz çoxalıb. Antiböhran tədbirləri çərçivəsində ötən ilin oktyabr ayından indiyədək mərkəzi bank iqtisadiyyata, o cümlədən real sektora 2 milyard dollara yaxın likvidliyi təmin edib. İpoteka fondunun fəaliyyətinin yenidən aktivləşməsi isə tikinti sektoru və daşınmaz əmlak bazarında stabillik yaradıb. Bu həm də iqtisadi artıma və məşğulluğa əlavə dəstək verib?. Mərkəzi Bankın İdarə Heyətinin sədri alüminium sənayesinin birbaşa kreditləşməsi üçün hökumətdə zəmanət verilməsinin müzakirə olunduğunu da deyib. Elman Rüstəmov hesab edir ki, belə şəraitdə ölkə 2010-cu ilə sabit iqtisadi dinamika və yüksək maliyyə dayanıqlığı ilə keçəcək: ?Makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunda yüksək iqtisadi artımın bərpası 2010-cu ilin əsas iqtisadi vəzifələri olacaq. Bu baxımdan mərkəzi bank təkrəqəmli inflyasiya səviyyəsinin saxlanmasına dəstək verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA