Ölkənin bir çox ərzaq mağazasında keyiyyətsiz, vaxtı ötmüz məhsullar azkarlanıb

img

03-09-2009 [07:39]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı Bakının Yasamal rayonunda ?Aləm market?də, ?Elit market?də, ?Ləzzət super market?də, ?Samuray market?də, Fariz Həsənova məxsus ?NN market?də, Sevinc Abbasovaya məxsus ?NN market?də, Xətai rayonunda ?İmperial market?də, Nəsimi rayonunda ?Anar market?də və ?Orijinal market?də, Sumqayıt şəhəri 16-cı mikrorayonda Bəxtiyar Əliyevə məxsus ərzaq malları mağazasında, Xaçmaz rayonunun Qusarçay kəndində Məzahir Mustafayevə məxsus ərzaq malları mağazasında, Gəncə şəhərində Namik Cəfərova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 310 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Monitorinqlər zamanı Nəsimi rayonunda İlqar Quliyevə və İlqar Fərəcova məxsus ərzaq malları mağazalarında temperatur rejiminə əməl olunmadan satılan sərinləşdirici içkilər aşkar edilərək müvəqqəti olaraq satışdan çıxarılmış, istifadəyə yararlı olub-olmamasının müəyyən edilməsi məqsədilə laborator müayinəyə göndərilib. Səbail rayonunda ?Nyu Vorld Treyding Sentr? MMC-yə məxsus ?Yeni Dünya market?də, Binəqədi rayonunda ?Banana? MMC-yə məxsus ?Banana market?də aparılmış yoxlama zamanı satışda mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkar edilməmişdir. Qanun pozuntusuna yol vermiş 14 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır. Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən ?Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında? Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 46 hüquqi şəxsə 177 min manat, 365 fiziki şəxsə 548 min manat cərimə tətbiq olunmuşdur. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA