Əhaliyə verilən suyun qiyməti gələn ildən artırılacaq

img

03-09-2009 [02:31]


?Tarif Şurası dəfələrlə bildirib ki, suyun qiyməti qalxmayacaq. Lakin gələn ildən suyun qiyməti mütləq qaydada qalxmalı olacaq?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib: ?Bildiyiniz kimi, ölkədə su və kanalizasiya sistemləri nasaz vəziyyətdədir. Beynəlxalq maliyyə qurumları ? Dünya Bankı və Asiya İnkişaf Bankı Azərbaycanda su layihələri həyata keçirməyi planlaşdırır. Məqsəd ölkəmizin müxtəlif rayon və şəhərlərində, o cümlədən Naxçıvanda su və kanalizasiya sistemlərinin yenidən qurulması və yaxşılaşdırılmasıdır. Lakin onlar şərt qoyublar ki, suyun qiymətinə yenidən baxılmalı və bir qədər artırılmalıdır. Belə olan halda, kreditlərin qaytarılmasında heç bir problem olmaz. Dünya Bankının maliyyə dəstəyilə 21 şəhərdə, Asiya İnkişaf Bankı tərəfindən isə 3 şəhərdə layihələr həyata keçirilmək üzrədir?. Hüquq müdafiəçisi onu da bildirib ki, ölkədə hazırda suyun qiyməti ilə bağlı normal tarif yoxdur: ?Bu, ?Azərsu? sistemindəki məsuliyyətsizliyin bariz nümunəsidir. Həmçinin adıçəkilən beynəlxalq qurumlar suyun idarə edilməsinə nəzarət mexanizminin qurulmasını və rayonlarda icmaların yaradılmasını təklif edirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA