?Slavyanka N 1? suyunun içməli deyil

img

29-08-2009 [11:07]


"Slavyanka N 1? suyu içməyə yararlı deyil. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətindən verilən məlumata görə, xidmət tərəfindən Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 33 ünvanında fiziki şəxs Nazim İbrahimova məxsus sexdə monitorinq aparılıb. Həmin sexdə istehsal olunan ?Slavyanka N 1? suyunun içməli olmadığı məlum olub. Laboratoriyada aparılmış bakterioloji analizin göstəricilərinə əsasən suyun tərkibində bağırsaq çöpləri aşkarlanıb. Problemlərin tək bununla bitmədiyini deyən Vidadi Kərimovun sözlərinə görə, suyun qablaşdırılması üzrə uyğunluq sertifikatı yoxdur, suyun istehlakçılara təqdim olunmasında nöqsanlar var. Belə ki, istehsal olunan suyun eyni çəndən qablaşdırılmasına baxmayaraq, suların bəziləri istehlakçılara ?içməli süfrə suyu?, digərləri isə ?müalicəvi meneral su? kimi təqdim olunur. Hazırda suyun satışına qadağa qoyulub. İstehsalçı Nazim İbrahimov isə yoxlamaların nəticələrini əsassız hesab edir. O ANS PRESS-ə bildirib ki, suyun istehsalı üçün uyğunluq və gigiyenik sertifikatları var. Səhiyyə Nazirliyinin su laboratoriyasının rəyi var ki, suyun müalicəvi əhəmiyyəti var və bağırsaq xəstəliyində istifadə oluna bilər. N. İbrahimov aparılmış analizin rəyinin də düzgün olmadığını diqqətə çatdırdı: ?Slavyanka suyunun analizinin cavabları 3 sutkaya məlum olmalıdır. Amma 1 sutkadan sonra analiz rəyi ilə suyun bakterioloji tərkibinin içməli olmadığını dedilər. Bununla da sahibkar kimi hüquqlarım pozulur?. N.İbrahimov İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin sədri Zahid İsayev tərəfindən qəbul olunmasını istəyir: ?Əgər qəbul olunmasam, Prezident Aparatına gedəcəm. Sahibkarlığa Yardım Fondundan 113 min manat kredit götürüb Gədəbəyin Zəhmət kəndində yerləşən suyun mənbəyində 1, 04 ha torpaq almışam, orada istehsal üçün tikinti aparıram. Türkiyədən avtomotik borular, yüksək təmizləmə işləri aparan aparat alınıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA