Heyvanlar arasında tələfat 0,2 faiz təzkil edir

img

28-08-2009 [07:00]


Dövlət Baytarlıq Xidməti ölkəyə keyfiyyətsiz preparatlar gətirilməsilə bağlı iddialarla razılaşmır ?Bir sıra kütləvi informasiya vasitələrində Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Xidmətinin ölkəyə keyfiyyətsiz preparatlar gətirməsi və heyvanlarda yayılan öldürücü xəstəliklərin isə bunun nəticəsində baş verməsi bardə yayılmış məlumatların heç bir əsası yoxdur və həqiqəti əks etdirmir?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib: ?Hazırda müxtəlif ölkələrdən Azərbaycana heyvandarlıqda istifadə edilən dərman-preparatları gətirilir. Bu preparatlar ilkin olaraq özəl firmalar tərəfindən dövlət qeydiyyatından keçirildikdən sonra onun ixracına icazə verilir. Bundan sonra bütün dərman-preparatları ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən gətirilərək baytarlıq aptekləri vasitəsilə satılır. Əksər quşçuluq təsərrüfatları isə bilavasitə Avropa standartlarına cavab verən istehlakçı biofabriklərlə qeydiyyatda olan dərman-preparatlarını müqavilə əsasında istifadə üçün gətirirlər?. Y.Xanvəli onu da bildirib ki, bu gün heyvanlar arasında tələfat 0,2, quşlar arasında isə 2-3 faiz təşkil edir: ?Bu tələfata isə əksər hallarda sahibkarın heyvanları düzgün yemləmə, bəsləmə qaydalarına riayət etməmələri, təsərrüfatsızlıq və baytarlıq-sanitariya tələblərini pozmaları səbəb olur. Ancaq buna baxmayaraq, heyvandarlığın inkişafında bunlar çox yüksək göstərici hesab olunur. Nəzərinizə çatdırım ki, qeydiyyata alınmış preparatlar ölkəmizə gətirildikdən sonra Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutu tərəfindən müayinədən keçirilir və sənədləri, təsiredici maddələri lazımı tələblərə cavab verərsə, onun satışına icazə verilir. Heyvanların kütləvi qırılması hallarının qeydə alınması fikrinə gəldikdə isə, bu tamamilə yalnışdır. Odur ki, yayılan məlumatların heç bir əsası yoxdur və bəzi KİV-də verilənlər həqiqətdən uzaqdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA