KTN meyvə-tərəvəz istehsalında artımlar proqnozlazdırır

img

28-08-2009 [04:17]


?2009-cu ilin avqust ayının 1-nə kimi , respublikada 551 min ton kartof, 660,4 min ton tərəvəz məhsulu yığılıb. Cari ilin 5 ayı ərzində ölkədən kənara 26,9 min kartof, 10,8 min ton tərəvəz məhsulları ixrac edilib?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. M.Hacıyevin sözlərinə görə, keçən ildə olduğu kimi, bu ildə meyvə-tərəvəz məhsullarının istehsalında artımlar olacaq: ?2008-ci ildə 68,8 min hektardan 1 milyon 77 min ton kartof istehsal edilib. 81,8 min hektar sahədən isə meyvə-tərəvəz məhsulları da daxil olmaqla, 1 milyon 228 min ton tərəvəz məhsulları yığılıb. Faraş məhsullar hesabına 86 min 385 ton kartof, 79 min 591 ton tərəvəz məhsulları ölkədən ixrac edilib?. KTN sözçüsü onu da bildirib ki, ölkəyə ixracdan bu hesabla 63,22 milyon dollar daxil olub. Məhsulların ixracı əsasən MDB ölkələrini təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA