Prezident Qusar rayon icra Hakimiyyətinə 6,5 milyon manat pul ayırdı

img

28-08-2009 [12:12]


Prezident İlham Əliyev Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illər Qusar rayonunun sosial-iqtisadi inkişafı, turizm, yol və digər infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində bir sıra mühüm işlər görülüb. Bu istiqamətdə görülən tədbirlərin daha da sürətləndirilməsi, o cümlədən 16 min nəfərə yaxın sakini olan 27 kəndi birləşdirən Samur-Həzrə yolunun yenidən qurulması məqsədi ilə qərara alınır ki, 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Samur-Həzrə yolunun yenidən qurulması məqsədi ilə Qusar rayon İcra Hakimiyyətinə 6,5 milyon (altı milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın. Sərəncam da o da göstərilir ki, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etsin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA