Bəzi bölgələrdə çörək və unun qiymətində artımlar müzahidə edilir

img

27-08-2009 [03:39]


Mağazalarda apardığımız araşdırmalar zamanı unun qiymətində artım müşahidə etdik. Belə ki, ?Karat?, ?Fatoğlu? firmalarının istehsal etdiyi unun 1 kilosu 5 qəpik, 1 kisəsi isə 1 manat artıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov isə deyib ki, unun qiymətindəki artımlar yeni taxılın qurudulması və növlərə bölünməsiylə əlaqədardır: ?Kənd Təsərrüfatı Nazirliyinin nikbin bəyanatlarına baxmayaraq, ölkədə faktiki olaraq, un qıtlığı var. Dəyirmanlarda bu proses 3-4 həftə davam edir. Ölkədə yeni istehsal olunmuş taxıl hələlik un formasında bazara daxil olmadığı üçün, məhz bu qıtlıq daxili bazarda un məhsullarının qiymətinin artmasına səbəb olub. Kənd Təsərrüfatı Nazirliyinin aqrar və ya taxılçılıq sahəsində həyata keçirdiyi siyasət kompleks təşkil etmir. Yəni taxıl istehsal olunur, amma onun saxlanması üçün anbarlar yoxdur. Ölkədə anbarların sayı məhdud olduğu üçün, istehsal olunmuş məhsulun demək olar ki, bir çox hissəsi növbəti ilə qədər qorunub saxlanıla bilmir. Sentyabrın 15-dən etibarən istehsal olunmuş taxıl və ya un daxili bazara çıxarılmaqla, qiymət artımlarının qarşısı alınacaq. Ümumiyyətlə, bizdə qiymət artımları nadir hallarda qiymət azalması ilə əvəzlənir. Ona görə də bizim proqnozlara görə, qiymətlərdə azalmalar olsa da, bu, cüzi azalma olacaq?. V.Bayramovun sözlərinə görə, artıq bir neçə gündür ki, bölgələrdə çörəyin qiymətində artımlar müşahidə edilir: ?İndi bir çox yerlərdə çörək 30 qəpiyə deyil, 35 qəpiyə satılır. Ancaq hökumət çörəyin qiymətinin qalxmasında o qədər də maraqlı deyil. Nəzərinizə çatdırım ki, çörək istehsal edən fabriklər, çörəyin keyfiyyətindən əlavə, çəkisində də azalmalar edirlər. Ona görə də yaxın vaxtlarda ölkənin bütün rayonlarında çörəyin qiymətində 5 qəpiklik artım olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA