?Parabank? təqdim etdiyi xidmətlərin keyfiyətini qaldırmaq məqsədilə növbəti təlimi keçirdi

img

25-08-2009 [05:42]


?Parabank? ASC front office bank əməkdaşları üçün ?Plastik Kartlar və Əmanətlər? mövzusunda treninq təşkil edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə bankın baş ofis və Bakı şəhər filiallarından bank xidmətlərinin satışı ilə məşğul olan 45 əməkdaşı iştirak edib. Treninqin əsas mövzuları müştərilərlə davranışın təkmilləşdirilməsi, xidmətin keyfiyyətinin və sürətinin artırılması, eləcə də plastik kartlar olub. Treninqin iştirakçıları həmçinin müştəri məmnunluğunun və loyallığının artırılmasını təmin edən qarşılıqlı əlaqə üsullarını mənimsəyiblər. ?Qeyd etmək lazımdir ki, təlim iştirakçıları əsasən satişa buraxılan yeni VİSA kartlarının ? VİSA Platinum və VİSA İnfinity kartlarının təqdimatı, növündən asılı olaraq üstün cəhədlərinin müqayisəsi, eyni kartda həm debet həm kredit xüsusiyyətlərinin cəmləşdirilməsi, plastik kartların xidmət tariflərinin müzakirəsi, əməliyyatçıların kart proqraminda işi, kredit kartların limitlər üzrə avtorizasiyası və s. haqda məlumatlandırıldılar?, - deyə Parabank ASC Plastik Kartlar Şöbəsinin aparıcı mütəxəssisi Könül Əliyeva qeyd edib. Bankın müntəzəm olaraq təşkil etdiyi treninqlər məhz göstərilən xidmətlərin effektivliyinin, həmçinin bütövlükdə korporativ mədəniyyətin səviyyəsinin artırılmasına yönəldilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA