Mənzil bazarında qiymətlər artır, qeyri-yazayız sahələrində isə azalmaqda davam edir

img

25-08-2009 [05:23]


?Əmlak Bazarı İştirakçıları? (ƏBİ) İctimai Birliyi 2009-cu il iyul ayında təkrar mənzil bazarı ilə bağlı növbəti hesabatının açıqlayıb. Hesabatda bildirilir ki, 2009-cu ilin iyul ayı ərzində təkrar bazar üzrə bağlanan əqdlərin dinamikasında ötən ay olduğu kimi artım qeydə alınıb (19,2%). ?ƏBİ? İB-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı ötən aya nisbətən artıb: ?Köhnə mənzillərin ipoteka kreditlərinə cəlb olunması təkrar bazar üzrə təklifin artımı ilə müşahidə olunub. Təklifin artmasına əsasən kommersiya məqsədilə bazara çıxarılan mənzillərin yenidən satışa çıxarılması səbəb olub. Araşdırmalara görə, təklif üzrə artım ümumi təklif portfelində yeni tikililərinin payının 55%-dən aşağı enməsinə səbəb olub. Təkrar bazardakı yeni tikililərin sayı ötən ayla müqayisədə artsa da (38,6%), iyulda köhnə tikililərin sayının artımı təklif portfelində yeni tikililərin payının aşağı düşməsinə səbəb olub (54,7%). Bazarda təklifin (32%) artmasına baxmayaraq, qiymətlərdə də artım davam edib (0,8%). İpoteka kreditləşməsi nəticəsində tələbin qismən artması müvəqqəti xarakter daşıdığından qiymət artımlarının müvəqqəti olacağı barədə irəli sürülən proqnozlar demək olar ki, özünü doğruldub. Əmlakın bu növü üzrə likvid dəyər nisbi artsa da, risk dərəcəsi hələ də yüksək olaraq qalıb. ?ƏBİ? İB-nin araşdırmalarından məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksi qiymətə müvafiq olaraq 0,8 artıb: ?Bazara təqdim olunan ?yeni tiklilər?in təklif portfelində xüsusi çəkisi yenə də artmaqda davam edir. Bu dəyişiklik ilkin bazarda aktivliyin azalması, paralel olaraq yeni tikililərin təkrar bazara çox sürətlə inteqrasiyası ilə izah olunur. İyul ayında aparılan araşdırmalar təkrar bazarda da ilkin bazarda olduğu kimi 3 otaqlı mənzillərin ümumi portfeldəki payının (39,4%) 2 otaqlıları (35,6%) üstələdiyini üzə çıxarıb. Təkrar bazarda ümumi təklif portfelinə Yasamal rayonu (26,2%) başçılıq edib. İyul ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ay olduğu kimi Xətai, Nərimanov, Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti ipoteka üçün daha səmərəli olmaları göstərilir. Təkrar mənzil bazarında qiymət indeksi 1,9 bənd artaraq 251,8 bənd səviyəsinə qalxıb. Aparılan araşdırmalara əsasən iyunda təklif 32% artmış və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7733-ü ötmüşdür. Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonlarının təklif portfelindək payı mütləq çoxluq təşkil etmiş və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 76,1%-ə bərabərdir. İyul ayında qiymət indeksində 1,9 bənd artım müşahidə edilib. Orta qiymət 0,8% artaraq ötən ay qeydə alınmış 1334 $/kv.m-dən 1345 $/kv.m-ə qalxmış və yanvar ayında qeydə alınan nəticəyə yaxınlaşmışdır. Ay ərzində ən çox orta qiymət artımı Yasamal rayonunda (2,4% ) qeydə alınıb. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1345 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 59,7%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.52 (artım 2%), hər otağın orta satış qiyməti 47777 ABŞ dolları (azalma -6,8%), mənzilin orta qiyməti isə 120397 (azalma -4,9%) ABŞ dolları təşkil edib?. ?Əmlak Bazarı İştirakçıları? (ƏİB) İctimai Birliyi 2009-cu il iyul ayında qeyri-yaşayış sahələri bazarı ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, 2009-cu ilin iyul ayında bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası iyun ayına nisbətən bir qədər də azalıb. ?ƏBİ? İB-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyul ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 0,3%, icarə qiymətlərində 1,3% qiymət azalması qeydə alınıb: ?Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) iyunda qeydə alınan 3019 ABŞ dollarından 3011 dollara qədər azalıb. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 2,9% təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qeydə alınmış nəticədən 16,8% aşağı enib?. ?ƏBİ? İB-dən o da bildirilib ki, iyulda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 1,7% artmışdır: ?Təklifin artmasına səbəb kimi bazara əsasən boş yerlərdən ibarət kommersiya obyektlərinin daxil olması göstərilir. Qeyri-yaşayış sahələri üzrə aparılan əməliyyatlar üzrə ekspozisiya müddətinin artım tempi 2,9% təşkil edib. Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə bütün zonalar üzrə qiymət azalmasının baş verdiyi məlum olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında orta qiymətlərdə Qaradağ, Əzizbəyov, Nəsimi və Nərimanov rayonlarında artım (müvafiq olaraq 2%, 0,6%, 0,6% və 0,5%), digər rayonlarda isə azalma müşahidə edilib. Ən çox qiymət azalması Binəqədi rayonunda (-8,5%) qeydə alınıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA