Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı iqtisadi əməkdazlıq müzakirə olunacaq

img

25-08-2009 [12:29]


İqtisadi və Sosial İnkişaf Mərkəzinin Sədri Vüqar Bayramov Almaniyanın Hertie Hökumət İnstitutunun dəvəti ilə avqutsun 29-dan sentyabrın 5-dək Berlində səfərdə olacaq. Bu haqda Müstəqil İnformasiya Agentliyinə mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat daxil olub. Qara Dəniz region ölkələrinin ekspertlərinin və beynəlxalq qurumların nümayəndələrinin iştirak edəcəyi beynəlxalq tədbirdə regionla bağlı iqtisadi-siyasi məsələlər müzakirə ediləcək. Tədbirdə qlobal maliyyə böhranın region ölkələrinə təsirləri, regional münaqişələr, Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı iqtisadi əməkdaşlığın regional inteqrasiyaya müsbət təsirləri və s. məsələlər müzakirə mövzusu olacaq. Region ölkələrinin ekspertləri arasında əməkdaşlıq imkanları araşdıralacaq və bu ekspert şəbəkəsinin yaradılması nəzərdə tutulur. Yaradılacaq ekspert şəbəkəsi daxilində gəcləcəkdə regional məsələlər ilə bağlı müzakirələrin aparılması və region ölkələrinin hökumətləri üçün təkliflərin hazırlanması planlaşdırılır. Şəbəkə ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənəcək. Tədbirdə V.Bayramov Azərbaycan iqtisadiyyatı, son illər müşahidə edilən dəyişikliklər və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu mövzusunda çıxış edəcək. Azərbaycanlı ekspertin çıxışında Nabuko layihəsinin reallaşması imkanları, layihənin regiona təsirləri və Azərbaycanda növbəti dekada da enerji sektorunun inkişafı məsələlərinə daha çox diqqət ayrılacaq. Xəzər dənizi resurslarının Avropanın enerji asılılığını azaldılmasında rolu ilə bağlı xüsusi panel təşil edləcək. Həmin panelə almaniyalı ekspertlər ilə yanaşı beynəlxalq təşkilatların və eləcə də dövlət qurumlarının əməkdaşları da qatılacaq. Azərbaycanlı iqtisadçının həmin paneldə də çıxış etməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA