Tikinti materialları bazarında passivlik hələ də davam edir

img

24-08-2009 [03:33]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi (ƏBİ) tikinti materialları bazarı ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, 2009-cu ilin iyul ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 87 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. ?ƏBİ? İB-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümimi istehsalda həcmi 52,9% təşkil edib. Ötən ay tikinti materialları bazarı daha çox taxta bazarının bir hissəsinin yanması ilə yadda qalıb: ?Hadisədən sonra ictimaiyyət arasında süni şəkildə taxtanın qiymətinin qalxması və qalxacağı ilə bağlı yayılan məlumatlar özünü doğrultmayıb. Əksinə, ay ərzində taxtanın qiymətinin əvvəlki ayla müqayisədə azalması müşahidə olunub ki, sahibkarlar bunu tələbin kəskin azalması və alıcılıq qabiliyyətinin olmaması ilə əlaqələndirirlər. Yay mövsümü üçün xarakterik olan passivliyin bazarın bu seqmentinə təsiri, eyni zamanda iqtisadi böhranla əlaqədar hələ də tikinti dinamikasının aşağı olması, tikinti materialları bazarında qiymətlərin bir qədər də enməsinə təsir göstərib. İyun ayında 5 aylıq fasilədən sonra istehsalı bərpa olunan armatur istehsalında yaranan fasilə bu məhsul üzrə qiymətlərə də mənfi təsir göstərmişdir. Metal və metal məmulatlarının, eyni zamanda ağac məmulatlarının qiymətindəki azalma iyun ayında artımla əvəz olunsa da, ötən ay yenidən ümumi portfeldə əsas paya sahib olan bu məhsulların qiyməti azalıb?. ?ƏBİ? İB-dən o da bildirilib ki, ümumilikdə iyul ayında araşdırmaya məruz qalan 87 adda məhsuldan 14-ü üzrə qiymət azalması, 18-i üzrə qiymət artımı, 55-i üzrə isə stabillik müşahidə edilib. Qiyməti azalan məhsullar əsasən ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan bazardakı orta qiymətlərdə də azalma qeydə alınıb: ?Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma iyun ayı ilə müqayisədə 2,7% təşkil edib. İyulda mişar daşı 3,3%, kərpic 8,1%, qum 6,1%, dəmir təbəqə 4,6%, sink təbəqə 7,1%, DVP 4,6%, alçipan 5,2%, bitum 18,4%, şüşə pambıq 28,5% bahalaşıb. Çınqıl 5,9%, taxta 8,1%, armatur 4,0%, şveller 0,8%, dam örtüyü 8,9%%, şüşə 1,2%, zamaska 2,7%, mismar 5,2%, yapışqan 28,5% ucuzlaşıb. Digər tikinti materiallarının qiyməti stabil qalıb. Aylıq nəticə isə belədir ki, tikinti materiallarının qiymət azalması ay ərzində 2,7%, ilin əvvəli ilə müqayisədə 6,9%, ötən illə müqayisədə isə 46,7% təşkil edib. Qiymət indeksi isə ötən aya nisbətən 2,7 bənd azalaraq, 97,2 səviyyəsində qərarlaşıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA