?Azinko? zirkətindən narazı qalan Salyan sakinləri etiraz aksiyası keçirəcək

img

24-08-2009 [02:41]


Salyan rayonunun Arbatan kənd sakinləri - 70-ə yaxın torpaq mülkiyyətçisi ?Azinko? şirkətindən narazıdır. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinin (MİA) bölgə müxbiri verib. MİA əməkdaşının sözlərinə görə, ?Azinko? şirkəti hazırda Salyanın Arbatan kəndinin ərazisindəki pay torpaqlarının içərisindən keçməklə Astaraya qədər yüksək gərginlikli elektrik xətləri çəkir. Elektrik dirəkləri isə pay torpaqlarına düşdüyü üçün oradan istifadə etmək mümkün olmur. Sakinlər isə bunun müqabilində ?Azinko? şirkətindən kompensasiya tələb edirlər. Amma şirkət rəhbərləri mülkiyyət sahibləri ilə hər hansı bir sövdələşmə aparmırlar. Verilən məlumata görə, sakinlər ümumiyyətlə, sözügedən şirkətin nümayəndələri ilə təmas qura bilmirlər. MİA-nın əməkdaşı onu da bildirib ki, kompensasiya ala bilməyən torpaq sahibləri prezidentə müraciət etmək və etiraz aksiyası keçirmək niyyətindədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA