Bakıdakı yeni tikilən hündürmərtəbəli bina partladılacaq

img

20-08-2009 [06:46]


Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində (keçmiş Marksın heykəlinin yaxınlığında) yolunun çəkilməsi səbəbindən yeni tikilən hündür mərtəbli binanın söküləcəyi ilə bağlı ölkə mətbuatında bir neçə aydır xəbərlər verilib. Mətbuatda bildirilirdi ki, Azadlıq prospekti 159 ünvanında ?SV? MTK tərəfindən inşa edilən birbloklu 16 mərtəbəli binada 93 mənzil var. Həmin binadan mənzil alan şəxslər isə şəhərin başqa yerlərində evlə təmin olunacaqlar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu həftəyə kimi binanı konkret olaraq nə zaman söküləcəyi bildirilmirdi. İndi isə həmin hündürmətəbəli binanı ətrafındakı bütün birmərtəbəli evlər sökülüb. Həmçinin yeni tikilən binanın da qapı pəncərələri çıxarılıb və söküləməyə tam hazır vəziyyət gətirilib. Amma bu binanın sürtələ necə söküləcəyi bilinmir. Həmin əraziəyə gedən əməkdaşımızda bunun tam öyrənə bilməiyb. Çünki iki versiya üzərind durular. Yəni binanın ətrafındakı evlər söküldüyü üçün yeni binanı bir anda partladılaraq söüklməsi təklifi səslədirilib. Bunun daha ucuz və sürətli olacağı vurğulanır. Amma binanı yanında yeni tikilən körpü olduğu üçün bu məsələdə ehtiyatlı davranılır. Çünki körpünün keyfiyyətinin tam güvənilmir və ehtiyat edirlər ki, partlayış zamanı körpü də uça bilər. Onun üçün də son qərarı yuxarı instansiyadan verilməsi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA