?Bank Standard? ipoteka Fondunun xətti ilə 45 ipoteka krediti verib

img

20-08-2009 [12:28]


Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditləşməsi bərpa olunan vaxtdan bu günə kimi ?Bank Standard? yaşayış sahəsinin alınması məqsədilə kredit ayrılması üçün edilmiş 115 müraciətdən 60-na müsbət cavab verib. Bu məqsədlə verilmiş kreditlərin sayı 45, ümumi məbləği isə 1 mln. 880 min manat təşkil edib. Bu kreditlərdən ümumi məbləği 171 min manat olan 5 kredit güzəştli (sosial) şərtlərlə gənc ailələrə və hərbçilərə verilib. AİF-in vəsaiti hesabına maliyyələşən ipoteka kreditləri ?Bank Standard? tərəfindən Azərbaycan vətəndaşlarına milli valyutada, daşınmaz əmlakın girovu ilə təmin olunması şərtilə illik 8%-lə 25 ilədək olan müddətə verilir. Güzəştli ipoteka kreditləri isə illik 4% olmaqla 35 il müddətinədək rəsmiləşdirilir. Qeyd etmək lazımdır ki, ?Bank Standard? ölkənin Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən İpoteka Fondunun müvəkkil banklarının siyahısına həmin fondun fəaliyyətə başladığı vaxtdan daxil edilmişdir. AİF ilə sıx korporativ əməkdaşlıq edən bank vətəndaşlardan yeni müraciətlər qəbul etməkdə davam edir. Əməkdaşlıq dövrü ərzində bank tərəfindən dövlət proqramları çərçivəsində cəmi 12 mln. manat həcmində 312 ipoteka krediti, o cümlədən 564 min manat həcmində 18 güzəştli ipoteka krediti rəsmiləşmişdir. 2005-ci ildə Azərbaycanda ilk ipoteka krediti verməklə ipoteka kreditləşməsinin qabaqcılı kimi ?Bank Standard? indiyə qədər öz ipoteka proqramları çərçivəsində 6 mln. manat məbləğində 160 ipoteka krediti vermiş, bununla da bir çox vətəndaşa mənzil problemi həllində dəstək vermişdir. Müştərilərə ipoteka kreditləşməsi sahəsində kompleks bank xidmətlərinin göstərilməsi məqsədilə ?Bank Standard? tərəfindən ixtisaslamış filial şəklində ölkədə ilk bank ipoteka mərkəzi yaradılmışdır (www.ipotekastandard.az). Hazırda ?İpoteka? filialı 500-ə yaxın müştəriyə ipoteka kreditləşməsi ilə əlaqədar xidmət göstərilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA