Salyanda əhaliyə elektrik enerjisi məhdudiyyətlərlə verilir

img

19-08-2009 [02:30]


Salyan sakinləri yeni problemlə üzləşib. Müstəqil İnformasiya Agentliyinin bölgə müxbirinin verdiyi məlumata görə, neçə müddətdir ki, Salyanda elektrik enerjisi məhdudiyyətlərlə verilir. Belə ki, işıq pulu vaxtlı-vaxtında verilsə də, Şirvan DRİES Salyan paylayıcı stansiyası ilə birlikdə elektrik enerjisini kəsərək sakinləri narazı salıblar. MİA-nın müxbiri xəbər verir ki, məsələylə bağlı Salyan rayon icra hakimiyyətinə dəfələrlə müraciət olunub, amma hər hansı bir tədbir görülməyib. İcra hakimiyyəti problemin onlardan qaynaqlanmadığını bildirsə də, məsələ ilə bağlı yuxarı instansiyalara müraciət olunacağı da vurğulanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA