Gəlir Deklorasiyası haqqında qanunun tətbiqi niyə gecikir?

img

17-08-2009 [06:24]


Taleh Əliyev: ?Çirkli pulların yuyulmasına, dövlət əmlakının talanmasına və kölgə iqdisadiyyatına qarşı mübarizə aparan bütün ölkələrdə oxşar qanular var? Azərbaycanda vəzifəli şəxslərin gəlir deklorasiyası təqdim etməsi haqqında qanun hələ 2005-ci ildə qəbul olunsa da təsüflər olsun ki, Nazirlər Kabineti vəzifəli şəxslərin gəlirlərinin deklorasiya qaydalarının müəyyən edilməsi ilə bağlı sənədləri hazırlayıb prezidentə təqdim etməyib. Son zamanlar yenidən aktuallaşan bu mövzu ilə əlaqədar Ümid Partiyası sədrinin İdeoloji-təbliğat məsələləri üzrə müavini Taleh Əliyev münasibət bildirib: Ümid funksaneri çirkli pulların yuyulmasına,dövlət əmlakının talanmasına və kölgə iqdisadiyyatına qarşı mübarizə aparan bütün ölkələrdə oxşar qanuların olduğunu bildirərək qeyd etdi ki, sözü gedən qanun qüvvəyə minəcəyi təqdirdə korrupsiya və rüşvət hesabına varlanmış dövlət məmurları çətin vəziyyətə düşə bilər. Kölgə iqdisadiyyatı və dövlət büdcəsinin mənimsənlməsi hesabına hər il milyonlarla dollar qazanan bu şəxslər təbii ki, belə bir qanunun tətbiqi ilə barışa bilməzlər. Məhz bu səbəbdən də sözü gedən qanunun yaxın gələcəkdə də qüvvəyə minəcəyini zənn etmirəm. Azərbaycan hakimiyyətində belə bir istəyin olmadığı üçün hesab edirəm ki, siyasi partiyalar, QHT-lər və müstəqil mətbuat təşəbbüsü ələ almalı,qanunun tətbiq olunmasının cəmiyyətə nə qədər fayda verəcəyi ilə bağlı mariflənirmə işi aparmaqla yanaşı, qanunun tətbiqinin gerçəkləşməsi üçün beynəlxalq təşkilatlatlar və demokratik dövlətlərlə təmaslara keçməli, korrupsiya və rüşvətin qarşısının alınmasında ictimai nəzarəti gücləndirməlidir.Eyni zamanda ?Korrupsiya və Rüşvətxorluqla Mübarizə Komitəsində? siyasi partiyaların və QHT-lərin təmsilçiliyinə çalışmalıdır. Bu demokratik cəmiyyət quruculuğu üçün də çox vacibdir. Hakimiyyət nümayəndələri oturduqları posta qeyri-qanuni yollarla varlanma mənbəyi kimi baxır, hətta iş adamlarıda vəzifəyə can atır ki, kürsü vasitəsilə öz əmlaklarını qoruyub onları artırsınlar. Gəlir deklarasiyasının tətbiqi bu hallara qarşı ən effektli yollardan biridir.O zaman ayrı-ayrı şəxslər də seçkiləri saxtalaşdırmaqla hakimyyətin ömrünü uzatmağa çalışmazlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA