15-08-2009 [07:39]
Azərbaycan prezidenti İlham Əliyev 7 avqust 2009-cu il tarixli sərəncamı ilə nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında fərman imzalayıb. Fərmanın verilməsinin səbəbi sözügedən bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsinin təkmilləşdirilməsi ilə izah edilir.
Mövzuya keçməzdən əvvəl, onu da qeyd edək ki, bu, dövlətə məxsus olan qurumların fəaliyyətinin təminlləşdirilməsi ilə bağlı ölkə başçısının son üç ayda imzaladığı üçüncü fərmandır. Bundan əvvəl ölkə başçısı Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin və "Azəriqaz" QSC-nin fəaliyyətinin də təminləşdirilməsi ilə bağlı fərman imzalayıb. Həmin proses nəticəsində sözügedən qurumların rəhbərləri Arif Qaraşov və Əlixan Məlikov postlarını itirdilər. Həmin qurumlarda başlanan yoxlamalar isə ciddi nöqsanları üzə çıxardı.
Elə bu üzdən də dövlət başçısının nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsini təkmilləşdirmək ilə bağlı verdiyi fərman da bu sektorda ciddi rezonans yaradıb. Çünki məlum fərmana əsasən, həmin təşkilatlarda səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həllində dövlətin adından iştirak etmə hüququ Maliyyə Nazirliyinə həvalə edilib. Bununla da Maliyyə Nazirliyi kredit təşkilatının Müşahidə Şurasının və Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; kredit təşkilatının icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; kredit təşkilatının illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; kredit təşkilatının xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi; kredit təşkilatının reqlamentinin qəbul edilməsi və reqlamentə əlavə və dəyişikliklərin edilməsi; kredit təşkilatının faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətinin, habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətinin müəyyənləşdirilməsi; növbəti və tələb olunduğu hallarda növbədənkənar auditin keçirilməsi barədə qərarın qəbul edilməsi və bu məqsədlə kənar auditorun təyin edilməsi; kredit təşkilatının büdcəsinin qəbul və təsdiq edilməsi; kredit təşkilatı inzibatçılarının işə götürülməsi müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi; Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, kredit təşkilatı inzibatçılarının kredit təşkilatı adından və kredit təşkilatı hesabına öhdəliklər qəbul etmək səlahiyyətlərinin və həmin səlahiyyətlərin kredit təşkilatının digər əməkdaşlarına verilməsi hüququnun hədlərinin müəyyənləşdirilməsi; kredit təşkilatı inzibatçılarının kommersiya maraqlarının açıqlaması haqqında qaydaların və həmin qaydalara dəyişiklik və əlavələrin qəbul edilməsi; kredit təşkilatının səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi; kredit təşkilatının kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarının təsdiqi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərarın qəbul edilməsi və s. səlahiyyətlərə sahiblənib.
Onu da nəzərə alsaq ki, bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi ancaq Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; kredit təşkilatının nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsi məsələlərini həll edə bilər, o zaman Samir Şərifovun rəhbərlik etdiyi qurumun xeyli "şişdiyi"ni asanlıqla görmək olar.
Artıq sözügedən fərmanın verilməsindən cəmi bir həftə ötməsinə baxmayaraq, bir sıra informasiya qaynaqları məlum banklar və bank olmayan kredit təşkilatları sahəsində ciddi dəyişiklərin olacağından danışırlar.
Elə ilk reaksiyada Azərbaycan Beynəlxalq Bankının səhimdalarından gəldi. Dünən Azərbaycan Beynəlxalq Bankının səhmdarından birinin adından KİV-lərin elektorun ünvanına maraqlı məlumat göndərildi. Həmin məlumatdan bəlli oldu ki, 7 avqust 2008-ci il tarixində Azərbaycan Beynəlxalq Bankı dövlət qeydiyyatına alınmış və yerləşdırılməsi zamanı çoxsaylı qanun pozuntuları ilə müşaiyət olunmuş səhm emissiyasının yekunları haqqında hesabat dərc etdirib. Sənədə əsasən ötən il emissiya olunmuş 20 qəpiklik 500 mln ədəd adi adlı səhm güya 01.09.2008-30.06.2009 aralığında tam yerləşdirilmişdir. Amma bu məlumatın həqiqətdən uzaq olması ilə bağlı əsaslı şübhələr yaranır.
Belə ki, bankın özünün tərtib etdiyi səhmlərin emissiya prospektinə əsasən (www.bse.az) bankın 1556 fiziki şəxs və 14 hüquqi şəxs olan səhmdarı var. Ötən ilin sentyabrının birindən başlayaraq 10 ay ərzində (cari ilin 30 iyulunadək) mövcud səhmdarlara bankın nizamnamə kapitalında paylarına mütənasıb qaydada səhmrın alınmasında üstünlük hüququ verilmişdir. Sadə məntiqə görə deyilmiş müddətdə 100 mln manatlıq səhm emissiyasının tam yerləşdirilməsi ücün 1556+14 alqı-satqı müqaviləsi bağlanmalı idi. Lakin, ABB-nın keçən həftə yaydığı hesabatda deyilir ki, bank bütün işi cəmi 1098 əqd bağlamaqla başa vurmuşdur. Bu uyğunsuzluq səhmlərin yerləşdirilməsi əməliyyatının qaydasında aparılmamasına işarədir.
Həqiqətən də bu və ya diqər obyektiv səbəbdən bankın bütün səhmdarları yuxarıda qeyq olunan müddətdə yeni səhmlərin alınması hüquqlarından istifadə etmədilər. Bunlar əsasən minoritar səhmdarlar olub. Yenə də ABB-nın rəsmi məlumatlarına əsasən cari il 1 iyul tarixinə bankın ödənilmiş nizamnamə kapitalı 197 586 750 manat təşkil edib, bu isə o deməkdir ki, elan olunmuş emissiya çərçivəsində toplam dəyəri 97 586 750 manat olan 487 933 750 səhm satılmışdır. Eyni zamanda toplam nominal dəyəri 2 413 250 manat olan 12 066 250 səhm 1 iyul tarixinə qədər hələ satılmamışdır. İyulun 1-də bu səhmlər də satıldı.
Bəs qalıq səhmlər kimə və necə satıldı ki, bankın idarə heyəti səhm emissiyasindan tam 100 mln manatın əldə olunduğunu bəyan edib. Uzun cəkmədək deyim ki, elə ABB-nın idarə heyətində təmsil olunmuş cənablar bu ?yükü? öz üzlərinə götürdülər və yaxşıca çalışdılar ki, ayrı keç kəs ?mala? göz dikməsin.
Qaydalara görə səhmdar cəmiyyətin səhmləri güzəştli müddətdə yerləşdirilmədikdə, qalıq səhmlər kutləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməlidir. Bu halda bütün iddiyçılar bərabər hüquqa malik olmalıdır. Bunu Mülki Məcəllə deyir. Reallıqda isə ABB rəhbərliyi qanunları taptalayaraq, bank səhmlərinə özü yiyələndi.
Bankın səhmdarından birinin sözlərinə görə, o hələ iyun ayında ABB-nin özünə və onunçün broker xidmətlərini göstərən ?İnterneyşnl Tranzakşn Sistem?-ə yazılı müraciət edərək bankın qalıq səhmlərini almaq niyyətində olduğunu bildirmişdir. Lakin heç bir cavab almamışdır. ?Vəziyyəti başa düşərək mən bazarda fəaliyyət göstərən ayrı brokerə ərizə verdim ki, hərrac nə vaxt baş tutsa mən ABB-nın səhmlərini alsın. Sifarişimi götürsələr də, yoldaşlar mənə bildirdilər ki, bu səhmləri almağa çox da ümiddi olmayim. Bank hər şeyi özünün nəzarətində saxlayır. Iyulun biri hərrac keçirildirdə bunun şahidi oldum. Baki Fond Birjasında həmin gün mənin sifarışımin ticarət sisteminə daxil olunmasına izn verilmədi?, - dedi səhmdar və alavə etdi: ?Mən bu ədalətsizliyə göz yummayacam. Bankı da onun brokerini də məhkəməyə verəcəm?.
Beləliklə, ABB rəhbərliyi xususi bir şəbəkə quraraq, daxili (insayder) məlumatlardan istifadə edərək, tənzimləyici qurumları (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Mərkəzi Bank) ?razı salaraq? özunə əlavə qazanc mənbəyi yaradıb. Hərraca digər iştirakçılar buraxilsa idi səhmlərin satiş qiyməti artacaq və dövlət bankı əlavə kapital əldə edəcək idi. Amma vəzifələrindən istifadə edərək bankın rəhbərləri səhmləri nominal qiymətlə aralaq bir müddətdən sonra onları üç qatına, yəni bugünkü bazar qiymətilə həmin ?İnterneyşnl Tranzakşn Sistem? vasitəsilə maraqlı olan istənilən investorlara satırlar. Yaranan bir necə milion manat fərqi ciblərinə qatlayırlar. Bu zaman ABB digər səhmdarlarının, kənar investorların hüquqları taptalanması faktları keç kəsi maraqlandırmır. Deyəsən, belə yerdə korrupsiya ilə mübarizə aktuallığını itirir. Odur ki, müxtəlif dəlilləri gətirərək ABB rəhbərliyi höküməti bankın özəlləşdirilməsi ideyasından çəkindirə bilib. Özləri isə düşünürlər: ?Məgər özümüz rahatca ?yeyə? bilmirik? Axı tutaq ki, Avpora Yenidənqurma və İnkişaf Bankı bizim səhmdar oldu. Başlayacaqlar qanundan-qaydadan, haqqdan danışmağa. Yatanları da oyadacaq. Yox, lazım deyil?.
Azərbaycan Beynəlxalq Bankının səhmdarından birinin adından irəçli sürlən bu ittihamların doğruluğunun yoxlamaq isə maliyyə naziri Samir Şərifovun üzərinə düşür. Çünki indiki halda Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev də maliyyə naziri Samir Şərifovun nəzarətinə keçib. Hazıra ölkə ictimayyətini də maliyyə naziri Samir Şərifovun səlahiyyətlərindən istifadə edərək Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevlə qarşı-qarşıya gəlib gəlməyəcəyi maraqlandırır. Hər-halda S.Şərifov qəti addımlar ataraq tədbir görməsə onun səlahiyyətəlri kağız üzərində qalacaq.
MMaliyyə nazirliyinə yaxın dairələr isə nazir Samir Şərifovun Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevlə qarşı-qarşıya gələcəyini iddia edirlər. Onlar vurğulayırlar ki, Beynəlxalq Bankın baş verən pozuntularda prosesi sürətləndirəcək. Yəni Samir Şərofov Cahangir Hacıyevin qarşısından geri çəkilməyəcək.
Onu da qeyd edək ki, nizamnamə kapitalında dövlətə məxsus səhmləri olan və bank olmayan kredit təşkilatı da Aqrarkredit" QSC-dir. Hazırda Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin idarə heyətinin sədri olduğu "Aqrarkredit" QSC-nin də taleyi müəmmalıdır. Hansı ki, bir neçə ay əvvəl konfederasiya rəhbəri seçilən Məmməd Musayevin "Aqrarkredit" vasitəsilə milyonlarla vəsaitin üzərində istədiyi sərəncamları verərək, bəzi halarda maxinasiyalara yol verilməsi də əngəllənə bilər. Çünki prezidentin fərmanından sonra Samir Şərifovun bu sahədə ciddi islahatlara başlayacağı qaçılmazdır. Yəni bir müddət əvvəl Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətində və "Azəriqaz" QSC-də baş verənlər indi də bu sektorda təkrarlana bilər. Böyük ehtimalla köhnə komanda ilə işləmək istəməyən S.Şərifov onları rahatlıqla yola salmayacaq. Əvvəlcə nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatlarında yoxlamalar başlayacaq. Sonra isə bankirlərin "çarmıxa çəkilmə" mərhələsinə start veriləcək. Təbii ki, bu da hakimiyyətdaxili müəyyən qruplara bağlı olan bankirləri maliyyə nazirinə qarşı qaldıracaq. Məsələn, Məmməd Musayevin Samir Şərifovla "döyüş"ə çıxmayacağına heç kəs təminat verə bilməz. Bura hakimiyyətdaxili iri qrupların da qoşulacağını nəzərə alsaq, Maliyyə Nazirliyi uğrunda yeni qarşıdurmaların başlayacağını deyə bilərik".
Müsahibimiz qeyd edib ki, bütün bu proseslərin fonunda hakimiyyətdaxili iri qruplar Maliyyə Nazirliyinə sahiblənmək üçün hərəkətə keçə bilər: "Artıq bu nazirliyin səlahiyyətləri həddən artıq genişlənib və bu da maliyyə naziri postunu daha da cazibəli edib. Şübhəsiz ki, belə olan təqdirdə, Samir Şərifovun rəqibləri də aktiv fəaliyyətə başlayacaqlar. Bəzi iri qruplaşmaların bu nazirliyin başına öz adamını təyin etdirməyə cəhdləri baş qaldıracaq. Hakimiyyətdaxili mövqeləri zəif olmaqla yanaşı, həm də bu sahədə olan total korrupsiya faktları Samir Şərifovun əleyhinə yönələ bilər".
Müsahibimizin bir neçə ay əvvəl prezidentin Maliyyə Nazirliyinin fəaliyyətini təkmilləşdirmək məqsədilə verdiyi fərmanı da xatırladaraq qeyd edib ki, Samir Şərifov bu fərmandan irəli gələn məsələlərin həllini formal olaraq həyata keçirsə də, onun tətbiq etdiyi yeni sistem əvvəlkindən o qədər də fərqlənməyib: "Sadəcə, qurumların adı dəyişib, ancaq rüşvətə, "şapka"ya söykənən "ənənəvi iş" metodunu Samir Şərifov yenə də saxlayır. Bu isə Samir Şərifovun prezidentin maliyyə nəzarətinin gücləndirilməsi və şəffaflığın təmin edilməsi istiqamətindəki tapşırıq və qərarlarına göz yumduğunu göstərir. Bu isə rəqiblərinə Şərifovu "yıxmaq" üçün əlavə imkanlar verir".