?Parabank? yeni ?FOREX? Əmanətini təqdim etdi

img

14-08-2009 [05:02]


Bu gün Parabank əmanət və depozit növlərinin artırılması siyasətinə uyğun olaraq özünün yeni bank məhsulu olan ?Forex? əmanətini təqdim edib. ?Forex? əmanətinə vəsaitlər 12 aydan 48 ayadək olan müddətlərə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə yerləşdirilə bilər. ?Forex? əmanətinin üstünlüyü onun istifadəsinin rahatlığındadır. ?Forex?- ə əmanətin yerləşdirilməsi 1000 AZN/USD/EU məbləğindən az olmamaqla qəbul edilir. ?Yeni depozit növü üzrə yerləşdirilən vəsaitlərə görə faizlərin alınması üçün ?Parabank? ən sərfəli şərtlər təklif edir. Belə ki, müştəri istənilən vaxt valyuta riski olarsa faizləri itirmədən bir valyutanı digər valyutaya keçirmək imkanı əldə edir. Qeyd edim ki, valyutanın növündən asılı olmayaraq, yerləşdirilmiş depozit üçün faiz dərəcələri yerləşdirmə müddətinə, faizlərin alınması şərtlərinə müvafiq olaraq 13%-dən 16,6%-dək geniş bir diapazonda dəyişir?, - deyə Parabank ASC İdarə Heyətinin sədrinin müavini Məzahir Məmmədov vurğulayıb. ?Forex? vəsait yerləşdirmiş müştərilərə faizlərin alınması üçün bank tərəfindən VİSA Electron debet kartı pulsuz verilir. Depozit sahibləri həmçinin bankda yerləşdirilmiş vəsaitlərinin 80%-i həcmində sərfəli şərtlərlə kredit götürə bilərlər. Qeyd edək ki, ?Parabank? ASC 2007-ci ilin iyul ayından Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA