Bakı ətrafı kəndlərin problemləri ilə bağlı prezidentə müraciət olunacaq

img

14-08-2009 [04:47]


Bu gün Ümid Partiyasının ofisində ?Bakı Dirçəliş? İçtimai Birliyinin sədri Abbasağa Məmmədov Bakı kəndlərində fermer təsərüfatı ilə məşğul olan bir qrup şəxslə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə son zamanlar yerli hakimiyyət orqanları tərəfindən ciddi problemlərlə qarşılaşdıqlarını vurğulayan fermerlər onlara məxsus torpaq sahələrinin qeyri-qanuni yollarla onlardan alındığını vurğulanıb. Narazı fermerlər ölkə başçısının Bakı ətrafı kəndlərdə sosial-iqdisadi vəziyyətin yaxşılaşması üçün cərəncam imzaladığı halda yerli hakimiyyət orqanlarının bu hərəkətini əhaliyə və prezidentə qarşı təxribat adlandırıblar. Fermerlər, ?Bakı Dirçəliş? İçtimai Birliyinin Bakının tarix və mədəniyyət abidələrini qorumaqla yanaşı həmdə, Bakı sakinlərinin sosial-iqdisadi vəziyyətin yaxşılaşması üçün əlindən gələni əsirgəmədiyinə görə bu quruma müraciət etdiklərini bildiriblər. ?Bakı Dirçəliş? İctimai Birliyinin sədri Abbasağa Məmmədov fermerlərin qarşılaşdığı vəziyyəti ciddi problem adlandıraraq bildirib ki, bu, vətəndaşların mülkiyyət hüququnun əlindən alınması deməkdir. O, həmçinin qeyd edib ki, məsələylə bağlı prezidentə müraciət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA