60 qəpiyə 98 km yol gedən avtomobil Azərbaycana gətiriləcək

img

13-08-2009 [07:23]


Həm elektrik enerjisi, həm benzinlə hibrid avtomobili Chevy Volt, 2011-ci ildən Azərbaycan bazarında satışa çıxacaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ABŞ-ın GM şirkəti özünü iflasdan qurtarmaq üçün yeni model avtomobillərin stehsalına hazırlaşır. Belə ki, 2011-ci ildən satışda olacaq Chevy Volt avtomobilləri həm elektrik enerjisi ilə, həm də benzinlə işləycək. Avropada 40 min Avroya satılması planlaşdırlan avtomobillərin ölkəmizdə də 50 min manata satılacağı gözlənilir. 1 litr benzinlə 98 km yol qət edən bu avtomobillərə görə maşınlarla müqayisədə 4 dəfə yanacağa qənaət edir. Xüsusən də Bakı şəhərində belə avtomobillərdən istifadə çox münasibdir. Çünki 3.8 litr benzinlə bu avtomobillər 370 km yol gedir. Ölkəmizdə benzinin qyimətinin 60 qəpik olduğunun nəzərə alsaq, deməli, sürücülər 60 qəpiklə 98 km yol gedən avtomobilə sahib ola bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA