Ölkədə 46 bank və onların 613 filialı var

img

13-08-2009 [12:06]


Hazırda respublikada 46 bankın lisenziyası var, onlardan 1-i dövlət, 45-i isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib. Mərkəzi Bankın məlumatına görə, iyulun 1-dək bank əməliyyatları aparmaq üçün 142 kredit təşkilatının lisenziyası olub. Bunlardan 96-sı bank olmayan kredit təşkilatlarıdır. Hazırda fəaliyyətdə olan bankların 613 yerli filialı işləyir. Onlardan 38-i dövlət, 575-i isə özəl bankların payına düşür. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, 1-i isə filialdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA