10 qəpiklik qatarların ləğvi sərnizinlərin narazılığına səbəb olub

img

12-08-2009 [04:56]


Bakı-Abşeron sahəsinin dairəvi elektrik xətti üzrə elektrik qatarlarında sərnişin daşımanın həcminin aşağı düşdüyünü və gəlir əldə edilmədiyini əsas gətirən Naqliyyat Nazirliyi bu dəmiryol xətlərinin sökülməsinə qərar verib. Dəmiryol xətləri söküləndən sonra onların yerində avtomobil yolları salınacaq. Elektrik qatarlarının hərəkət etdiyi dəmiryolların sökülməsi Bakıətrafı ərazilərin sakinlərini narazı salıb. Onlar ?elektriçka?ları avtobuslardan daha rahat, əlverişli və ucuz nəqliyyat növü hesab edirlər. ?Dövlət Dəmir Yolu? Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nazir Əzməmmədov Müstəqil İnformasiya Agentliyinə bildirib ki, Bakı Dəmiryol Vağzalından şəhərətrafı qəsəbə və kəndlərə doğru hərəkət edən elektrik qatarlarında gedişhaqları 10 qəpik olduğundan bu nəqliyyat vasitəsi rentabelli deyil. Onun sözlərinə görə, yay aylarında bu qatarlardan istifadə edənlərin sayı azacıq artsa belə, onlar həmişə ziyanla işləyib. N.Əzməmmədov deyib ki, bir neçə dəfə gedişhaqlarını qaldırmaq təklifi müzakirəyə çıxarılıb, amma axırda ondan da imtina olunub. ?Dövlət Dəmir Yolu? QSC-nin rəhbərliyi hesab edib ki, əgər 10 qəpiklik qatardan istifadə edənlər belə azdırsa, gedişhaqqı 30-50 qəpiyə qaldırılacağı təqdirdə vaqonlarda sərnişin tapılmayacaq. Bakı Dəmiryol Vağzalından hər gün səhər saat 5-dən başlayaraq 9 qatar işləyib. Qatarlar əsasən səhər işləyir. Daha sonra yük qatarlarına görə saat 16-ya qədər fasilə olur. Elektrik qatarları üçün dəmiryol xətlərinin sökülməsi Emil Axundov, Feyzulla Quliyev kimi tanınmış memarları da narahat edib. Onların fikrincə, onsuz da avtomobil sıxlığından əziyyət çəkən və bu səbəbdən ekoloji problem yaşayan Bakıda elektrik qatarlarının ləğvi səhv addımdır. Əməkdar memar F.Quliyev MİA-ya deyib ki, ?elektriçka?lar ekoloji təmiz nəqliyyat növü hesab olunur. Bu səbəbdən də dünyanın əksər ölkələrində tramvay, trollyebus, elektrik qatarından istifadəyə üstünlük verilir. F.Quliyev deyib ki, Bakının köhnə Baş planında sərnişin nəqliyyatı növlərindən tramvay, trolleybus, elektrik qatarı xətlərinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdu. Amma köhnə Baş planın əksər bəndləri kimi, nəqliyyatın inkişafına dair hissəsinə də əməl olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA