Vətəndazların banklardakı əmanətlərinin həcmində 140 milyon manat artım var

img

11-08-2009 [04:59]


?Dünyada baş verən böhranın təsiri nəticəsində Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi 2009-cu ilin yanvar-fevral aylarından başlayaraq azalıb. Artıq aprelin 1-də vətəndaşların banklardakı əmanətlərinin həcmi ən aşağı həddə 1 milyard 773 milyon manata çatdı. Aprel ayından sonra əmanətlərin sığortalanması ilə bağlı aparılan müzakirələr və eyni zamanda, Mərkəzi Bankın əmanətlərin sığortalanma həddinin 30 min manat çatdırılması bağlı ilə verdiyi qərar əhalinin banklara olan etimadının bərpa olunmasını gətirib çıxartdı?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İqtisadi Tədqiqatlar Mərkəzinin sədr müavini Vüsal Qasımlı deyib. Onun qənaətincə, aprel ayından başlayaraq, ölkə banklarının əmanət qəbulu artıb: ?Əgər 2009-cu il aprelin 1-də vətəndaşların banklardakı əmanətlərinin həcmi 1 milyard 773 milyon manat idisə, hazırda isə bu rəqəm 1 milyard 913 milyon manatdır. Yəni, aprelin 1-nə nisbətən 140 milyon manat artım müşahidə edilib. Düşünürəm ki, yaxın vaxtlarda bu prosesin daha da sürətlənəcəyinin şahidi olacayıq?. İqtisadçı-ekspertin fikricə, banklara yatırılan əmanətlərə verilən dividentlər özünün real gəlirliyi ilə seçilsin: ?Bundan əlavə, bankların likvidliyinin artırılmasına daha çox ehtiyac duyulur. Düzdür, bu sahədə hökumət bir sıra addımlar atır. Məsələn, uçot dərəcəsi aşağı salınır, banklara uzunmuddətli kreditlər verilməsi ilə bağlı, ?Milli Bank haqqında? Qanunun 9-cu maddəsinə dəyişiklik edilib və s. Bütün bunlara baxmayaraq, proses davamlı şəkildə olmalıdır. Mərkəzi Bankın resursları hesabına kommersiya banklarına uzunmüddətli kredit verilişlərinin artırılması lazımdır. Yeni bank texnologiyalarının tətbiqinə ehtiyac var. Bankların təkcə əmanət gəliri yox, həm də qiymətli kağızlar bazarında iştirakının inkişaf etdirilməsi vacib məsələlərdəndir?. V.Qasımlı onu da bildirib ki, hazırda kreditlərinin sığortalanmasına da ehtiyac var: ?Çünki banklar hazırda əhalidən 10 faiz əmanət cəlb edib. Ancaq kredit verəndə 25-30 faizə verirlər. Əmanətlə kreditin dərəcəsi arasında təxminən 15 faizə qədər fərq qoyulur. Bu fərqin azaldılması yolunda mütləq tədbirlər görülməlidir. Kreditlərin sığorta fondu yaradılarsa, banklar kredit riskinin aşağı düşməsini görər və kreditləri daha aşağı faizlə verərlər. Belə olacağı təqdirdə, əhalinin banklara olan inamı daha arta bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA