Müxtəlif ərzaq məhsulları üzərində monitorinqlər davam etdiriləcək

img

11-08-2009 [01:07]


Kremli qənnadı məhsulları üzərində monitorinqlərə start veriləcək. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, süd məhsulları üzərində aparılan monitorinqlər avqustun 14-də yekunlaşacaq və nəticələr ayın 17-də açıqlanacaq: ?Monitorinqlər davam edir. Hər gün bir neçə nümunə gətirilərək mərkəzin laboratoriyalarında müayinədən keçirilir. Növbəti monitorinqlər isə kremli qənnadı məhsulları üzərində aparılacaq. Bundan sonra, yəni avqustun axırı və sentyabrda çay və qəhvə məhsulları, spirtli içkilər, quş əti və yumurta üzərində yoxlamalar olacaq?. İ.Abdullayev deyib ki, ilin sonunadək müxtəlif məhsullar üzərində monitorinqlər davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA