Naxçıvan MR-nin investisiya imkanlarının təqdimatı keçirilib

img

10-08-2009 [07:26]


Avqustun 10-da Azərbaycan-Latviya Biznes Forumu çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının investisiya imkanlarının təqdimatı keçirilmişdir. Tədbirdə Azərbaycan və Latviyanın dövlət qurumlarının nümayəndələri, iş adamları iştirak ediblər. Təqdimatda çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov və Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf naziri Famil Seyidov Azərbaycanda yaradılmış işgüzar mühit və biznes imkanları barədə ətraflı məlumat vermiş, Azərbaycanın ən gözəl və qədim guşələrindən olan Naxçıvan Muxtar Respublikasında əlverişli investisiya şəraiti və sahibkarlığın geniş imkanlarından bəhs edərək, latviyalı iş adamlarını bu imkanlardan yararlanmağa dəvət etmişlər. Azərbaycanın və Latviyanın 100-dən artıq şirkətinin nümayəndəsinin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı, investisiya imkanları barədə geniş məlumat verilmiş, Muxtar Respublikada kənd təsərrüfatı, inşaat, yüngül sənaye, turizm, təhsil və digər sektorlarda fəaliyyət göstərən şirkətlərin təqdimatları keçirilib. ?Tusi? Tədris Mərkəzinin rəhbəri Əli İbrahimbəyli Naxçıvan Muxtar Respublikasının tarixi, təbii şəraiti və potensial iqtisadi imkanları barədə latviyalı sahibkarlara geniş məlumat vermişdir. Sonra Naxçıvan Muxtar Respublikasının 2008-ci il üzrə sosial-iqtisadi inkişafına həsr olunmuş film nümayiş etdirilmişdir. Naxçıvan MR-nin Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev, ?Cahan Holdinq? Kommersiya Şirkətləri İttifaqının prezidenti Vüqar Abbasov, ?Gəmiqaya Turizm? MMC-nin direktoru Tatyana Kamara, ?Prestij Naxçıvan Pivəsi? MMC-nin direktoru Seyfəddin Rəhimov təmsil etdikləri şirkətlərlə bağlı təqdimatlarla çıxış etmişlər. Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev isə bu təhsil müəssisəsi haqqında məlumat verərək Latviyanın ali təhsil müəssisələrini əməkdaşlığa dəvət etmiş və universitetdə təhsilin yüksək səviyyədə təşkil edildiyini və ingilis dilində təhsil almaq üçün hər cür imkana malik olduğunu bildirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA