Azərbaycanda da mobil telefonlardan görüntülü danızmaq mümkün olacaq

img

07-08-2009 [08:32]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 7 avqust 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 3-cü nəsil (3G) mobil rabitə xidmətləri göstərilməsi üçün lisenziya vermək səlahiyyəti verilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə tapşırılıb kt, bir ay müddətində bu fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri müəyyənləşdirib təsdiq etsin. Bu isə onu göstərir ki, artıq ölkəmizdə də 3-cü nəsil (3G) mobil rabitə xidmətlərindən istifadə imkanları yaranacaq. Yaxın vaxtlarda Azərbaycan vətəndaşları da mobil telefonlar vasitəsiylə görüntülü danışa biləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA