ilham Əliyev bp-nin axtarız-kəzfiyyat və hasilat izləri üzrə baz icraçı direktorunu qəbul edib

img

06-08-2009 [05:53]


Prezident İlham Əliyev avqustun 6-da bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə bp arasında uzun illər davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Əməkdaşlığın gələcəkdə də genişlənməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb. Bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlis ?bp-Azərbaycan? şirkətinin vəzifəsini başa vurmuş rəhbəri Bill Şreyderin yerinə Rəşid Cavanşirin təyin olunduğunu bildirərək, bu təyinatın azərbaycanlı kadrların bp-nin fəaliyyətində yaxından iştirakının yaxşı nümunəsi olduğunu deyib. Dövlət başçısı Bill Şreyderin ölkəmizlə bp arasında əməkdaşlığın genişlənməsindəki xidmətlərini vurğulayaraq, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev azərbaycanlı kadrın ?bp-Azərbaycan? şirkətinin prezidenti vəzifəsinə təyin olunmasını Azərbaycan ilə bp arasında səmərəli əməkdaşlıq əlaqələrinin təzahürü kimi qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA