?indiki halda ipoteka proqramına ayrılan vəsaitin artırılması real görünmür?

img

05-08-2009 [07:17]


?İpoteka kreditlərinin verilməsi ərəfəsində İpoteka Fonduna 14 milyon manat vəsait ayrıldı. 18 müvəkkil bankın hər birinə isə təxminən 800 min manat civarında maliyyə ayrıldı. Bizdə olan son məlumatlarda göstərilir ki, əslində ilkin mərhələdə 14 milyon manat açıqlansa da, bu günə kimi verilən kreditlərin həcmi 3,5 dəfə bu rəqəmdən böyükdür?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin (ƏİB) icraçı direktoru Ramil Osmanov ipoteka kreditləşməsinin ikinci mərhələsinin bitməsinə münasibət bildirərkən deyib: ?Eyni zamanda, ümumən banklar tərəfindən qəbul olunan sənədlər üzrə isə ipotekaların verilməsi tam təmin olunarsa, bu rəqəmin indikindən bir qədər çox artacağı gözlənilir. İki ay ərzində ipoteka krediti almaq üçün İpoteka Fondu (İF)nun rəsmi rəqəmlərində 1350 müraciət göstərilir. Ancaq bizdə olan məlumatlara görə, bu rəqəm 1350-dən də bir qədər artıq olaraq, 1400-ə yaxın təşkil edir. Bu 1400 ipoteka kreditinin təxminən 1200-dən artığı kommersiya ipotekasıdır. Halbuki ilkin mərhələdə kommersiya ipotekası üçün 14 milyon vəsait ayrılmışdır ki, bu da maksimum halda, 350 nəfəri, minimum halda isə 280 nəfəri evlə təmin etmək mümkündür. Son iki ay ərzində verilən ipoteka kreditindən faydalanların sayı 400-dən artıqdır. 400 nəfəri orta hesabla 45 min manata vursaq, 18 milyon manat edir və bu da ilkin mərhəldə açıqlanan 14 milyondan artıq olur. Digər son məlumata görə, İF və Mərkəzi Bank alınan bütün müraciətlərin təmin oluncağı barədə söz verirlər. Nəzərinizə çatdırım ki, müraciətlərin hamısının qəbul olunacağı təqdirdə, bu rəqəmin 50 milyon manata qədər yüksələcəyi şübhəsizdir. Ancaq bir məsələni də unutmayaq ki, hətta 50 milyon manat vəsaitin özü belə, bu gün bazarda hər hansı bir dəyişikliyə gətirib çıxaracaq səviyyədə deyil. Bizim hesablamalarımıza görə, əgər bu gün bazara 500 milyon manat vəsait ayrılarsa, o zaman həm təkrar, həm də ilkin bazarda ciddi dəyişikliklərə gətirib çıxara bilər?. İcraçı direktorun fikrincə, ipoteka proqramına ayrılan vəsaitin artırılması indiki halda real görünmür: ?Mərkəzi Bankın və İF-un ortaya qoyduğu açıqlamalar göstərir ki, bu proses ən yaxşı halda növbəti ilin əvvəlindən hansısa formada bərpa oluna bilər. Lakin bu il bu məsələ qeyri-mümkündür. Ola bilsin ki, ipoteka istiqrazlarının döriyyəyə buraxılması nəticəsində cüzi nailiyyətlər əldə olunsun. Hesab edirəm ki, əldə olunan cüzi nailiyyətlər bazarda nəyisə dəyişə biləcək səviyyədə olmayacaq?. Ramil Osmanov onu da bildirib ki, dünya bazarında neftin qiymətindəki oynaqlığın da daşınmaz əmlak bazarına o qədər də təsir göstərməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA