Vüqar Bayramov: ?Neftin qiymətinin artması ölkədə inflyasiyanı artıra bilər?

img

04-08-2009 [05:19]


?Qlobal maliyyə böhranı başladıqdan sonra neftin qiyməti ilə bağlı hər hansı bir proqnoz vermək çox çətin idi. Son qiymət artımları isə birbaşa neftə tələbatın artması ilə bağlıdır. Bundan əlavə, ABŞ iqtisadiyyatında artımın qeydə alınması bu məsələyə öz təsirini göstərir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə iqtisadçı-ekspert Vüqar Bayramov neftin qiymətinin son günlər artmasına münasibət bildirərkən deyib: ?Amerikanın avtomobil şirkətlərində iyul ayında artımlar baş verib. Orada təkcə bir avtomobil şirkəti iyul ayında 2,7 faz çox maşın satıb. Artıq ABŞ-da aparıcı şirkətlərin böhrandan qurtulmaq ərəfəsində olması, neftə olan tələbatı artırır. Bundan əlavə, Amerika hökuməti bu yaxınlarda yeni paket sistemi tətbiq etdi və bu paketdən bir çox şirkətlərə və əhaliyə yardımlar göstərildi. Bundan əlavə, artım Çində də qeydə alınıb. Ona görə də bu iki böyük dövlətdə baş verən müsbət proseslər neftin qiymətinə də öz təsirini göstərib?. İqtisadçı-ekspert onu da bildirib ki, neftin qiymətinin artması çox davam etməyəcək: ?Bu yaxınlarda OPEK və inkişaf etmiş ölkələr arasında neftin qiyməti ilə bağlı müəyyən müzakirələr aparıldı. OPEK neftinin 80 dollar intervalında olmasına çalışır. Ona görə də düşünürəm ki, neftin bir barrelinin qiyməti 2009-cu ilin sonuna kimi 80 dollar intervalında stabilləşəcək. Lakin neftin dünya bazarında kəskin artması daha çox 2010-cu ilin I rübündən sonra reallaşa bilər. Bundan əlavə, bu zaman çərçivəsində böhranın təsirlərinin minimuma enməsi müşahidə olunacaq?. Vüqar Bayramovun fikrincə, neftin qiymətinin artması Azərbaycanda neft məhsullarının qiymətlərinə heç bir təsir göstərməyəcək: ?Lakin neftin qiymətinin artması dünya bazarında neft məhsullarının qiymətinin artmasına təsir göstərəcək. Faktiki olaraq, Azərbaycanda neftin qiyməti qonşu və ya digər ölkələrə nisbətən çox yüksəkdir. ARDNŞ-Gürcüstanda yerləşdirilən ?Sokar? adlı benzin doldurma məntəqələrində neftin bir litrini 44 qəpiyə satır, amma Azərbaycanda isə 55 qəpikdən başlayır. Bundan əlavə, hökumət dünyada neftin qiymətinin artmasında maraqlıdır. Çünki bu, ölkənin dövlət gəlirlərinin artması deməkdir. Neftin qiymətinin artmasının bir sıra neqativ cəhətləri də var. Belə olan halda, ölkəyə xaricdən gətirilən məhsulların qiymətləri artacaq. Ölkədə inflyasiyanın olması da mümkündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA