Ölkədə 650-dən çox gəmi balıq ovu ilə məzğuldur

img

04-08-2009 [04:27]


Ölkəmizin su hövzələrində həm qanuni, həm də qanunsuz balıq ovu həyata keçirilir. Əsas qanunsuz balıq ovunun Xəzərdə həyata keçirildiyi heç kimə sirr deyil. Tez-tez Xəzərdə özəl şirkətlərə və ya fiziki şəxslərə məxsus gəmilərin qanunsuz balıq ovuna görə saxlanılması barədə xəbərlər eşidirik. Kilkə ovlamağa icazə alan, lakin qanunsuz nərə ovu ilə məşğul olan gəmilər kimə məxsusdur? Təəssüf ki, rəsmi qurumlar bu suala cavab verməkdən yayınırlar. Müstəqil İnformasiya Agentliyinin Dövlət Statistika (DSK) Komitəsindən əldə etdiyi məlumata görə, 2009-cu ilin altı ərzində ölkə üzrə 818 ton balıq (kilkə, siyənək, çəkikimilər). Bu ötən ilin müvafiq dövründəkindən xeyli azdır. Komitədən 2008-ci ildə isə respublika üzrə 19370 ton balıq ovlandığı bildirilb. Dövlət Statistika Komitəsindən MİA-ya ölkədə balıq ovuna rəsmi icazə verilmiş gəmilərin sayı barədə də məlumat verilib. Komitədən bildirilb ki, hazırda ölkə sularında balıq ovu ilə torla təchiz edilmiş 32 göyərtəli (uzunluğu 24-60 metr), 627 özüüzən və yedəklənən (uzunluğu 5,9 metr) gəmi məşğuldur. Bu gəmilər balıq ovu ilə məşğul olan 28 hüquqi və 34 fiziki şəxsə məxsusdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Ehtiyatların Qorunması Departamentindən MİA-ya verilən məlumata görə, ötən il ərzində qanunsuz balıq ovu ilə bağlı 27 akt və 102 protokol tərtib olunub. Nazirlik ötən il qanunsuz balıq ovuna görə, 35983 manat məbləğində 84 iddia qaldırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA